Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə və Ermənistan rəsmiləri TRIPP layihəsini müzakirə ediblər

Türkiyə və Ermənistan rəsmiləri TRIPP layihəsini müzakirə ediblər

29.11.2025 [20:16]

Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, tərəflər birbaşa təmasların vacibliyini vurğulayıb, dialoqu davam etdirməyə hazır olduqlarını söyləyiblər.

Söhbət zamanı Qars-Gümrü dəmir yolunun bərpası imkanları və TRIPP layihəsinin hər iki ölkə üçün açacağı yeni iqtisadi, logistik və ticarət imkanları da müzakirə olunub.

Eyni zamanda, enerji bazarının şaxələndirilməsi imkanları, yeni marşrutların inkişafı, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələlərinə dair müzakirə aparılıb.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri, xüsusilə kənd təsərrüfatı sığortası, heyvan xəstəliklərinə qarşı birgə mübarizə məsələləri də müzakirə edilib.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30