Çin şirkəti 2026-cı ildə 20 minədək humanoid robot tədarük etməyi planlaşdırır
18.02.2026 [12:48]
Çində Bahar bayramına həsr olunmuş qala-konsertdə humanoid robotlarının çıxışı ilə geniş beynəlxalq rezonans doğuran yerli “Unitree Robotics” şirkəti tədarükləri əhəmiyyətli dərəcədə artırmağı və humanoid robototexnikası seqmentində lider mövqeyini möhkəmləndirməyi planlaşdırır.
AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, “Unitree Robotics” şirkətinin baş direktoru Van Sinsinin sözlərinə görə, cari ildə şirkət 20 minədək humanoid robot tədarük etməyi planlaşdırır. Bu da 2025-ci ilin göstəricisini 5,5 min vahid üstələyir. O, Çinin “36Kr” texnologiya nəşrinə müsahibəsində bildirib ki, bu il humanoid robotların qlobal ümumi tədarükü “on minlərlə” vahidə çata bilər və bunun təxminən 10–20 mini “Unitree” şirkətinin payına düşəcək.
Məlumata görə, şirkətin robotlarının Çin Mərkəzi Televiziyasının (CCTV) qala-gecəsində növbəti çıxışı ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Hançjou şəhərində hazırlanmış robotlar mürəkkəb döyüş sənəti elementlərini, batut üzərində tullanma, salto və yüksək sürətli qaçışı yerinə yetirib ki, bu da son 12 ayda ciddi texnoloji sıçrayışın baş verdiyini göstərir.
Şirkətdən bildirilib ki, proqramın elementlərinin bir hissəsi, o cümlədən “G1” model robotların kunq-fu nümayişi tam avtonom rejimdə həyata keçirilib. Çıxış çərçivəsində “H2” humanoid robotu və “B2-W” robot-itlər də istifadə olunub. Batut üzərində tullanmanın maksimal hündürlüyü üç metrə, qaçış sürəti isə saniyədə dörd metrədək (təxminən saatda 14 kilometr) çatıb.
Ekspertlər vurğulayırlar ki, səhnə nümayişləri nəzarət olunan şəraitdə keçirilir və real mühitlərin bütün mürəkkəbliyini əks etdirmir. Çinli texnologiya üzrə analitik Patrik Çjanın sözlərinə görə, praktikada robotlar kifayət qədər böyük məhdudiyyətlərlə üzləşir, lakin səhnə çıxışları texnologiyaların hazırkı inkişaf səviyyəsini əyani şəkildə nümayiş etdirməyə imkan verir.
Van Sinsin qeyd edib ki, bu sahə üçün əsas çağırış humanoid robotların real şəraitdə tətbiq edilməsidir. Bununla əlaqədar olaraq “Unitree” mürəkkəb mühitdə fəaliyyət zamanı robotun “beyni” rolunu yerinə yetirə bilən daha avtonom idarəetmə sistemlərinin yaradılması məqsədilə xüsusi süni intellekt sahəsində çalışan komandalarla əməkdaşlıq edir.
“Omdia” tədqiqat şirkətinin məlumatına görə, ötən il “Unitree” 5,5 mindən çox humanoid robot göndərib və “Tesla”, “Figure AI” və “Agility Robotics” də daxil olmaqla bir sıra Amerika rəqiblərinin ümumi tədarük həcmlərini üstələyib. İnvestorlar “Unitree”ni Çində humanoid robototexnikası sektorunun inkişafının əsas göstəricilərindən biri kimi qiymətləndirir, bu fonda onun təchizat zəncirinə daxil olan şirkətlərə maraq da artır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

