Bu dəfə Ermənistan hakimiyyətini “silkələyən” kimyaçılar olacaqlar
01.08.2015 [10:18]
Bir ildən artıq müddətdir əməkhaqlarını almayan “Nairit” zavodunun işçiləri bazar ertəsindən yenidən fasiləsiz mitinqlərə başlayacaqlar
Ölkədaxili gərginliyin fonunda başını götürüb qeyri-müəyyən müddətə məzuniyyətə yollanan Serj Sarkisyanın istirahət arzusu, deyəsən, elə ürəyində qalacaq. Belə ki, elektrik enerjisi tariflərinin qalxmasına etiraz edənlərin bir aydan artıq davam edən aksiyaları yenicə fasilə vermişdi ki, bu dəfə kimyaçılar hakimiyyətə ultimatum göndərəsi oldular. Bir ildən artıq müddətdir əməkhaqlarını ala bilməyən “Nairit” kimya zavodunun işçiləri bazar ertəsindən yenidən Yerevan küçələrində fasiləsiz mitinqlərə başlayacaqlar.
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara bağlayırdı ki, cari ildə bu da bir nəticə vermədi. Belə ki, ABŞ administrasiyası Ermənistana ayırdığı maliyyə yardımının həcmini ötənilkindən təqribən 2 dəfə aşağı saldı. Bu hələ azmış kimi, ermənilərə digər zərbə güvəndikləri Rusiyadan gəldi. Rusiya qanunvericiliyinin tələblərini mütəmadi olaraq pozduqlarına görə 50 min miqrantın bu ölkəyə girişinin qadağan edilməsi gündəlik çörəkpulu qazanmaq ümidi ilə yaşayan sadə erməniləri daha da çətin vəziyyətə saldı. Əlləri hər yerdən kəsilən ermənilər yenidən işlədikləri müəssisələrə üz tutaraq, əvvəlki illər üçün əməkhaqlarını tələb etməkdədirlər. “news.am” saytının yazdığına görə, burada vaxtilə ölkənin ən böyük kimya zavodu olmuş “Nairit”in işçiləri daha fəallıq nümayiş etdirirlər.
Xatırladaq ki, hələ Sovet dövründə Ermənistanın məşhur istehsal müəssisələrindən olan bu zavod indi “qara günlər”ini yaşayır. Dörd il əvvələdək zavodda 2437 nəfər işçi qeydiyyatda olub. Lakin zavodun qeyri-rentabelli işləməsi səbəbindən 1667 işçi öz hesabına uzunmüddətli məzuniyyətə göndərilib. Qalan 770 nəfəri isə bir ildən artıqdır ki, əməkhaqlarını ala bilmir. Zavodun direktoru Ruben Saqatelyan yerli KİV-ə müsahibəsində müəssisənin öz gücünü tam bərpa etməsi üçün kifayət qədər resursların olduğunu bildirib. O, vəziyyətdən çıxış yolu kimi zavodun bazasında çoxlu kiçik müəssisələrin yaradılmasını təklif etsə də, işçilər bununla razılaşmayıb. Fevralın 2-də Ermənistanın energetika və mineral ehtiyatlar naziri Ervand Zaxaryan işçilərlə söhbətində fevralın 25-dək yığılıb qalan bütün əməkhaqqı borclarının ödəniləcəyini söyləsə də, qarşı tərəf bunu qeyri-real hesab edib. Belə ki, söhbət təqribən 15 milyon dollaradək vəsaitin ödənilməsindən gedir. Ermənistanın dövlət büdcəsinin indiki vəziyyətində isə bu, inandırıcı görünmür. Digər tərəfdən isə, Rusiyada rublun dəyərdən düşməsi Ermənistanın milli valyutası olan dramın alıcılıq qabiliyyətini də heçə endirib. Ermənistan Mərkəzi Bankının son açıqlamasına görə, hazırda 1 ABŞ dolları 476 dram edir və ərzaq mallarını, əsasən, Rusiyadan idxal edən Ermənistan üçün heç də xoş günlər vəd etmir. Odur ki, fevralın 6-dan etibarən Yerevan küçələrində oturaq aksiyalar keçirən kimyaçılar öz yığılıb qalan əməkhaqlarını tələb edirdilər. Doğrudur, hakimiyyət etiraz aksiyalarının müvəqqəti dayandırılması üçün təqribən 100-dək kimyaçının əməkhaqqını ödəsə də, bu, bir fayda vermədi - etiraz aksiyaları davam etdirildi. İyulun 30-da müvəttəqi olaraq aksiyanı dayandırmaq qərarı verən “Nairit”in əməkdaşları avqustun 3-dən yenidən hökumət evinin qarşısında toplaşaraq, fasiləsiz etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. Etirazçılar adından danışan Tiqran Minasyan saytın əməkdaşı ilə söhbətində qeyd edib ki, bu dəfə kimyaçılar hakimiyyətə heç bir şərtlə güzəştə getməyəcəklər. “Hakimiyyətdən daha 1200 kimyaçının əməkhaqqının ödənilməsini tələb edəcəyik. Tələblərimiz yerinə yetirilməyənədək etiraz aksiyalarımızı davam etdirəcəyik”, - deyə Tiqran Minasyan vurğulayıb.
Göründüyü kimi, hakimiyyəti zəbt etmiş, işğalçılıq siyasətini davam etdirən Serj Sarkisyan özünün yarıtmaz fəaliyyəti ilə xalq ilə hakimiyyət arasındakı uçurumu gündən-günə dərinləşdirməkdədir. Odur ki, aclıq və səfalətdən, korrupsiyalaşmış hakimiyyətin əsarətində yaşamaqdan cana doyan ermənilərin Serj Sarkisyan rejiminə qarşı üsyana qalxacağı gün çox da uzaqda deyil. Belə görünür ki, elə kimyaçıların qarşıdakı etiraz aksiyası bu üsyanın başlaması üçün bir qığılcım rolunu oynaya bilər...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41

