6 dekabr referendumu - Sarkisyanın son ümid yeri!
05.12.2015 [10:47]
Konstitusiyada dəyişiklik etməklə Sarkisyan işğalçı ölkədə hakimiyyəti zəbt etmiş kriminal rejimin ömrünü bir qədər də uzatmaq istəyir
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın işğalçı ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün müxtəlif qabaqlayıcı tədbirlərə əl atsa da, bu, bir nəticə vermir. Xalq kütlələrinin ciddi narazılığı fonunda artıq laxlamaqda olan hakimiyyət taxtının ömrünü bir qədər də uzatmaq üçün Serj Sarkisyan növbəti dəfə ermənilərin gözünə kül üfürməkdədir. Amma görünən odur ki, başlatdığı konstitusiya islahatları oyunu elə Sarkisyanın öz başında çatlayacaq. Çünki müxalifət düşərgəsi bazar günü - 6 dekabrda keçiriləcək referenduma “yox” deməkdə israrlıdır.
Elə dekabrın ilk günündən müxalifət təmsilçilərinin Yerevan küçələrinə axışması da bunu bir daha əyani sübut etdi. Əgər dekabrın 1-dəki mitinqə yalnız “Qalx ayağa, Ermənistan!” hərəkatının fəalları qatılmışdısa, artıq növbəti gün etirazçıların sıraları daha da genişləndi. Dekabrın 2-də “Azadlıq” meydanında təşkil olunan etiraz mitinqində müxalifətdə olan “İrs” Partiyası da qatılmışdı. Partiyanın sədri, keçmiş xarici işlər naziri Raffi Ovenesyan mitinqdə çıxış edərək erməniləri Serj Sarkisyan rejiminə qarşı itaətsizliyə-referenduma “yox!” deməyə səslədi. Etirazçılar bazar gününədək meydanı tərk etməyəcəklərini, fasiləsiz etiraz mitinqləri təşkil edəcəklərini, hətta gecələr “Azadlıq” meydanında növbə ilə keşik çəkəcəklərini də bəyan etdilər. Sözsüz ki, müxalifət təmsilçilərinin belə fəallaşması heç də səbəbsiz deyildir.
Xatırlatmaq yerinə düşər ki, hakimiyyəti zəbt etmiş Serj Sarkisyan bu ilin sentyabrında ölkənin əsas qanununda bir sıra dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etmişdi. Yerli analitiklər belə hesab edirlər ki, Sarkisyan ölkədə konstitusiya islahatlarına “start verməklə”, əslində növbəti dəfə xalqın gözünə kül üfürmək niyyətindədir. Belə ki, yeni islahatlar paketinə Ermənistan üçün bir sıra yeniliklər - ölkə prezidentinin 7 il müddətinə, yalnız bir dəfə seçilə bilməsi, hərbi şəraitdə ölkənin ali baş komandanı səlahiyyətlərinin baş nazirə keçməsi, milli bankın sədrinin parlament tərəfindən seçilməsi, parlamentin təqribən üçdəbirini təşkil edən majoritar seçki sisteminin ləğv olunması və s. kimi ağızda asan və xoş tələffüz edilən maddələr daxil edilib. Amma əslində nəzərdə tutulan bu islahatların əsas məqsədi ölkədəki kriminal rejimin ömrünün daha da uzadılmasına xidmət etməkdir. Belə ki, Serj Sarkisyan artıq iki dəfə -2008 və 2013-cü ildə 5 il müddətinə prezident seçilib və mövcud konstitusiyaya görə onun limiti artıq tükənib. Hakim Respublika Partiyası isə parlamentdəki 90 yerdən 69-na sahibdir. Majoritar qaydada parlamentə seçilmiş 41 deputatın əksəriyyəti isə hakimiyyətdə təmsil olunmayan partiyaların nümayəndələridirlər. İslahatlardan sonra majoritar seçki sisteminin ləğv olunması parlamentdəki yerləri iqtidar partiyasının xeyrinə dəyişə bilər ki, bu da elə Sarkisyanın “armudun başına açmaq istədiyi oyundur”. Başqa sözlə, Sarkisyan öz gələcək taleyini ən azından parlament sədri postunda görür ki, bəlkə bu yolla, on il müddətində birinci şəxs olaraq sadə ermənilərin başına açdığı oyunlara - onları necə səfalət içində yaşamağa məhkum etməsi, ölkədə indiyədək görünməmiş həddə çatan miqrasiya, korrupsiya və rüşvətxorluğun artması, hakimiyyətin kriminal üsul-idarəsi və s. kimi məsələlərə görə ədalət məhkəməsindən birtəhər canını qurtarmış olsun.
Yox, əgər müxalifət israrla buna qarşı çıxarsa, qarşıdakı bazar günü keçiriləcək referendumda konstitusiya islahatlarına “yox” deyiləcəksə, onda ... Rusiya variantı (!) seçiləcək. Bu haqda isə Ermənistan hökumətinin Aparat rəhbəri David Aratönən ötən gün “A1+” telekanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, əgər konstitusiya islahatları bazar günü xalq tərəfindən lazımi qədər dəstək almazsa, o zaman 2017-ci ildə keçiriləcək parlament seçkilərində hakim Respublika Partiyasının yenidən səs çoxluğu ilə qalib gəlməsi heç də istisna edilmir. Və parlament çoxluğunu qazanan iqtidar partiyası Serj Sarkisyanı ölkənin baş naziri seçəcək. Hətta o efirdə buna Rusiyadakı kimi Putin-Medvedyev misalını da çəkib. Deyib ki, məsələn, Vladimir Putin 4 il baş nazir oldu və yenidən ölkə prezidenti seçildi. Analitiklərin fikrincə dolayısı ilə, bu nümunəni çəkməklə, hökumət rəsmisi ermənilərə mesaj çatdırıb ki, istənilən halda Serj Sarkisyan qarşıdakı illərdə ya ölkədə baş nazir, ya da ki parlament sədri olacaq. Əgər Sarkisyanı yenidən prezident kimi görmək istəmirlərsə, o zaman referendumda iştirak edib, islahatlar paketinə “hə” deməlidirlər.
Amma burada daha bir maraqlı məsələ ortaya çıxır. Yeni islahatlar paketinə görə, baş nazirin seçilməsi ölkə parlamenti tərəfindən həyata keçiriləcək. Ölkə prezidentinin isə indiki kimi geniş səlahiyyətləri olmayacaq. 7 il müddətinə seçiləcək prezident yalnız rəsmi qəbullarda, görüşlərdə iştirak etmək kimi simvolik səlahiyyətlərə sahib olacaq. Özü də prezident birbaşa səsvermə yolu ilə, xalq tərəfindən deyil, deputatlar və yerli özünüidarə orqanlarının nümayəndələri tərəfindən seçiləcək. Digər vacib məsələ - dövlətin idarə olunması, xarici və daxili siyasət məsələləri də baş nazirə həvalə olunacaq. Bir sözlə, Serj Sarkisyanın yuxusuz gecəsi üçün artıq geri sayım başlayıb. Yoxsulluq içində yaşamaqdan cana doymuş sadə ermənilər, eləcə də müxalifət təmsilçiləri Serj Sarkisyanın ötən on ildə xalqa qarşı törətdiyi cinayətləri ona bağışlayacaqlarmı? Referenduma gedib Sarkisyan rejiminin ömrünün uzadılmasına “hə” deyəcəklərmi? Bax, bunun cavabını artıq bazar günü biləcəyik!...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

