Əfqanıstanda demokratiya bərqərar olacaqmı?
05.05.2009 [14:27]
ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiyanın müdaxiləsi nəticəsində taliban rejiminin hakimiyyətdən uzaqlaşdırılması Əfqanıstanda demokratik cəmiyyətin qurulması məsələsini gündəmə gətirdi. Mövcud vəziyyətdə Əfqanıstan yeni siyasi sistemin formalaşdırılması məsələsi aktuallaşdı. Hətta Əfqanıstanın keçmiş şahını da ölkəyə rəhbərlik etməyə dəvət etdilər. Son nəticədə çoxmillətli ölkədə olan əsas tayfa başçılarının və ABŞ-ın razılığı ilə Həmid Karzayi Əfqanıstanın prezidenti seçildi.
ötən müddət ərzində Əfqanıstanda bütün sahələrdə irəliləyişlər əldə olunsa da, prezidentinin fəaliyyəti daxili qüvvələr tərəfindən heç də birmənalı qarşılanmır. Hətta müşahidəçilər H.Karzayinin hakimiyyətinin bütün ölkə ərazisində bərqərar olmadığı üçün hakimiyyətin bütün səlahiyyətlərinin özündə cəmləşdirən prezidentlik üsul-idarəsinin dəyişdirilməsini tələb edənlər var. Ən azından prezidentin səlahiyyətlərinin bir hissəsini digər orqanlara verilməsinin məqsədəuyğunluğu müzakirə olunur.
Məhz buna görə də, avqustun 20-də keçirilməsi nəzərdə tutulan seçkinin çox gərgin keçəcəyi gözlənilir. Belə ki, artıq seçkiqabağı kampaniyada Əfqanıstanın demokratik sisteminin formalaşmasında tarazlığın yaradılması məsələləri aktuallaşır. Artıq Qərb mətbuatı əvvəllər Əfqanıstanda daxili sabitliyi qorumaq naminə güclü prezidentin üsul-idarəsinin tərəfdarı olan ABŞ-ın da hökumətdə baş nazir postunun formalaşdırılmasına çalışdığını yazır. ABŞ nümayəndəsi belə bir cəhdin olduğunu inkar etsə də, korrupsiya ilə mübarizədə H.Karzayinin fəaliyyətinin effektsiz olması prezidentin səlahiyyətlərinin bir hissəsinin hökumət başçısına verilməsi məsələsini gündəmə gətirə bilər. Amma bu məsələnin həlli heç də asan başa gələn deyil. O səbəbdən ki, Əfqanıstanın mövcud konstitusiyasına əsasən, baş nazir postu yoxdur. Bu postu təsis etmək üçün də konstitusiyaya dəyişiklik etmək lazımdır. Düzdür, Əfqanıstan parlamenti Loya Cirqanın deputatları bu düzəlişə səs verə bilərlər. Lakin mövcud qanunvericiliyə görə, bu qərarı prezident təsdiq etməlidir.
Mövcud dövlət başçısı isə növbəti prezident seçkilərində iştirak etmək istəyir və ötən müddət ərzində anti-taliban koalisiyasının üzvlərinin əksəriyyətinin hakimiyyətdən uzaqlaşdıran H.Karzayi öz yerini daha da möhkəmləndirmək fikrindədir. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir. çünki onun hakimiyyətində xarici işlər naziri olmuş Şimal alyansının liderlərindən olan Abdulla Abdulla, keçmiş maliyyə naziri Əşrəf Qəni və keçmiş daxili işlər naziri Əhməd Cəlali də prezident seçkilərində namizəd olacaqlarını bəyan ediblər.
ölkənin seçki məcəlləsindəki bəzi müddəlara görə, prezident seçkiləri kampaniyası aktiv siyasi şəraitdə keçmir. çünki həmin müddəalara əsasən, siyasi partiyaların prezident seçkiləri kampanyiasında iştirakı məhdudlaşdırılır. İndiki kampaniyanın daha bir problemi vətəndaşlıqla bağlıdır. Prezidentliyə namizəd olmaq istəyənlərin bəziləri bu problemlə üzləşiblər. Belə ki, uzun illərdir davam edən işğal və vətəndaş müharibəsi nəticəsində ölkə əhalisinin 8 milyon nəfəri Pakistan və İran başda olmaqla dünyanın bir çox ölkələrinə səpələniblər. ABŞ-da və Avropanın bir çox ölkələrində vətəndaşlıq alanlar da olub. Seçki məcəlləsinə görə, xarici vətəndaşlıq alanlar Əfqanıstan vətəndaşlığını qəbul etməmiş namizəd ola bilməzlər.
Prezidentliyə namizəd Əşrəf Qəni də bu problemlə üzləşib. Dünya Bankında iqtisadçı kimi çalışan Əşrəf Qəni ABŞ-a gedərək vətəndaşlıqdan çıxmaq istəyir. Vətəndaşlıq məsələsi ilə keçmiş nazirlərdən Əli Əhməd Cəlali də üzləşib. O, 1940-cı ildə Əfqanıstanda anadan olsa da, sonradan ABŞ vətəndaşlığı alıb. Onların nazir olmalarına gəlincə, bu vəzifələrə təyinatla yiyələndikləri üçün buna əngəl törədilməyib. Konstitusiyanın tələbinə görə, yalnız prezident postuna iddiası olanlar mütləq ölkə vətəndaşlığını qəbul etməlidirlər.
Göründüyü kimi, indiki prezident H.Karzayinin qarşıdan gələn seçkilərdə vəziyyəti yaxşı olmayacaq. Hərçənd ki, ABŞ-ın bu dəfə də Karzayini dəstəkləyəcəyinə şübhələr yoxdur.
Q.MƏCİD
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

