"Manas" hərbi bazası ətrafında toqquşan geostrateji maraqlara bir baxış
24.06.2009 [12:26]
Müasir dövrdə dünya siyasətinin aparıcı aktorları üstün mövqeyə malik olmaq, dolayısıyla da milli maraqların təmin olunması istiqamətində əhəmiyyətli mövqe və resurslar əldə etmək üçün geosiyasi baxımdan üstünlüklər gətirəcək tutarlı addımlar atmaq istiqamətində fəaliyyət göstərirlər. Məhz bu tip fəaliyyət istiqamətləri sırasına ABŞ-ın Qırğızıstandan icarəyə götürdüyü “Manas” hərbi bazası vasitəsilə milli maraqlarına uyğun yönləndirmək istədiyi bölgə siyasətini aid edə bilərik. Nəzərə alsaq ki, bölgənin (Avrasiya subregionu nəzərdə tutulur-N.V.) geosiyasi və geostrateji baximdan əhəmiyyətli hissəsində hərbi və strateji mövqeyə malik olmaqla müəyyən mənada üstün təsir və tənzimetmə mexanizmi əldə etmək olar, onda qeyd edə bilərik ki, bu üstünlük ABŞ-ın geosiyasi və geostrateji mövqeyinin möhkəmləndirilməsi və maraqlarının təmin olunması istiqamətində müstəsna əhəmiyyət kəsb edib. ümumiyyətlə, Vaşinqton bölgədə yerləşən milli aktorlara (buraya çin, Əfqanıstan, Pakistan, İran, Türkmənistan, Qazaxıstan, Hindistan, və s. daxildir-N.V.) siyasi proseslərin hədəflənən yönə istiqamətləndirilməsi baximdan təsir etmək, bölgədə strateji balans və təhlükəsizlik sistemi yaratmaq, dolayısıyla da siyasi-strateji mövqeyini möhkəmləndirmək üçün sahib olduğu bu üstünlükdən səmərəli istifadə mexanizmini həyata keçirmək strategiyasını əsas götürüb. Rəsmi Vaşinqton bunun vasitəsilə istər Əfqanüstan üzərinden reallaşdırılan siyasət, istər Rusiya və çin kimi bölgədə aparıcı mövqeyə malik olan aktorların neytrallaşdırılmasi baxımından, istərsə də bölgədə hegemonluğu təmin etmək istiqamətində əhəmiyyətli addımlar atmaq imkanina malik olub. Amma bəhs edilən hərbi bazanın müəyyən zaman kəsiyindən sonra Moskvanin təsiri və təzyiqi ilə ABŞ-ın istifadəsinə dayandırılmasını Vaşinqton üçün strateji baxımdan “qurşaq zərbəsi” hesab etmək olar. Moskva isə öz növbəsində “Manas” hərbi bazasının ABŞ-ın istifadəsindən çıxarılmasına nail olmaqla “özünün sərhəd təhlükəsizliyi zonası” hesab etdiyi bölgədə Vaşinqtonun təsirini zəiflətməyə və öz mövqeyini möhkəmləndirməyə, eyni zamanda, manevr imkanlarını genişləndirməyə çalışır. 2005-ci ildə özbəkistanda bağlanılan “Xanabad” hərbi bazasının ardından “Manas”ın da bağlanılmasını Rusiyanın bölgə siyasətində tutduğu və reallaşdırdığı strategiyanin müsbət ştrixləri hesab etmək olar. Xüsusilə də, Vaşinqtonun yeni administrasiyasının Əfqanıstana diqqəti artırdığı bir dönəmdə bəhs edilən bazanın ABŞ-ın istifadəsindən çıxarılmasını Moskva üçün avantaj, Vaşinqton üçünsə dezavantaj kimi qiymətləndirə bilərik. Xatırladaq ki, Rusiya “Manas” hərbi bazasından ABŞ-ın istifadəsinin dayandırılması yönündə Qırğızıstan hökümətinə “təxirəsalınmaz tədbirlər”in görülməsinin qarşılıgında müəyyən vədlər verib. Belə ki, Moskva Bişkek hökümətinə 2 milyard dollar kredit verməyi və müxtəlif həcmli yardımlar etməyi öz üzərinə götürüb. Bundan başqa, Kreml bəhs edilən ölkənin 180 milyon dollar borcunu silib və qarşılığında Qırğızıstana məxsus “Dastan” adlı hərbi avadanlıqlar istehsal edən firmanın səhmlərinin 43 faizini alıb.
Nəticə etibarilə, Rusiyanın bəhs edilən məsələ ətrafında atdıgı müəyyən qədər uğurlu addımı bir növ keçən əsrin ortalarında ABŞ tərəfindən Avropanı nəzarətdə saxlamaq məqsədilə reallaşdırılan “Monro doktrinası”na cavab reaksiyası kimi xarakterizə etmək olar. Bu dəfə bölgələr fərqli olsa da, strateji önəm və maraqlar, demək olar ki, eyniyyət təşkil edir.
Bundan əlavə, nəzərə alsaq ki, Qırğızıstan ərazisində Rusiyaya məxsus “Kant” hərbi bazası öz mövcudluğunu saxlayır və Qırğızıstan hökuməti xarici siyasi strategiyasında müəyyən qədər rusiyapərəst mövqe nümayiş etdirir, onda belə bir nəticə hasil edə bilərik ki, bölgədə Moskvanın təsiri əhəmiyyətli dərəcədə hiss edilməkdə və artmaqdadır. Digər tərəfdən Mərkəzi Asiya dövlətləri üzərində Rəsmi Moskvanın malik olduğu üstün təsir imkanları də bu mövqeyi gücləndirən başlıca amillərdəndir.
Beləliklə, “Manas” hərbi bazası ətrafında cərəyan edən hadisələr ABŞ və Rusiya kimi qlobal aktorların geosiyasi və strateji maraqlarının təmin olunması istiqamətində atılan addımların nəticəsi kimi meydana çıxıb.
Nəticədə isə belə bir izlənim meydana çıxmış olur ki, Moskva və Vaşinqton üstün geosiyasi, geoiqtisadi və geostrateji mövqe əldə etmək uğrunda “fəaliyyət yarışı”ndadırlar.
Beləliklə, bütün bu sadaladıqlarımızdan belə bir nəticə hasil edə bilərik ki, “Manas” hərbi bazası ətrafında cərəyan edən hadisələr ABŞ və Rusiya kimi qlobal aktorların geosiyasi və strateji maraqlarının təmin olunması istiqamətində atılan addımların nəticəsi kimi meydana çıxıb.
Nurlan VƏLİOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

