Ermənistanda polis zorakılığı və media orqanlarına təzyiqlər davam edir
21.08.2020 [09:02]
Paşinyan hakimiyyətinin qanunları pozmasına və özbaşınalığına qarşı ölkə vətəndaşları ilə yanaşı, müxalifət partiyaları və jurnalist təşkilatları da etiraz səslərini ucaldırlar
Məlum olduğu kimi, Ermənistanda bütün sahələrdə hökm sürən böhran daxildə ciddi gərginliyə səbəb olduğundan işğalçı ölkənin hər yerində etiraz aksiyaları davam edir. Sadə vətəndaşlar və siyasi qüvvələrlə yanaşı, parlamentdəki müxalifət fraksiyaları da Paşinyan hökumətini fəaliyyətsizlikdə, həmçinin konstitusiyanı pozmaqda ittiham edir. Digər tərəfdən, hakimiyyət tərəfindən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq törədilir, bu hadisələrin işıqlandırılması ilə məşğul olan jurnalistlərə isə təzyiq göstərilir.
Ermənistan KİV-də yer alan məlumatlara görə, artıq ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr və ictimai-siyasi təşkilatlar hakimiyyətə qarşı vahid mövqedən çıxış edir. Məsələn, bu günlərdə parlamentdəki müxalifət fraksiyaları mövcud hakimiyyəti parlamentin səlahiyyətlərindən kənara çıxaraq konstitusiyanı pozmaqda ittiham edib. “Sputnik-Ermənistan”ın məlumatına əsasən, “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” parlament fraksiyaları ölkə parlamenti tərəfindən qəbul edilən əsas qanuna dəyişikliklərlə bağlı etiraz məktubu ilə Konstitusiya Məhkəməsinə (KM) müraciət ediblər.
Həmin müraciətdə qeyd olunur ki, ölkənin qanunverici orqanı konstitusiya səlahiyyətlərindən kənara çıxaraq, qəbul edilən bəzi qanunlara dəyişikliklərin konstitusiyaya uyğunluğunu müəyyənləşdirmək üçün onları Konstitusiya Məhkəməsinə göndərməyərək konstitusiyanı pozub. Bundan əlavə, müraciətdə parlamentin səlahiyyətləri ilə bağlı ziddiyyətli faktlar qeyd olunur, ölkə prezidentinin konstitusiya dəyişikliklərini imzalamaq səlahiyyətindən məhrum edilməsinin konstitusiyaya zidd olduğu da vurğulanır.
Erməni mediasının yazdığına görə, bu dözülməz vəziyyətə etiraz edən ölkənin jurnalist təşkilatları da hakimiyyətin əleyhinə bəyanat yayıblar. “News.am”ın bununla bağlı məlumatında deyilir ki, Yerevan Mətbuat klubu, Media Təşəbbüsləri Mərkəzi, “Asparez” Jurnalistlər klubu, Məlumat Azadlığı Mərkəzi, Gorus mətbuat klubu və digər təşkilatların imzaladığı bəyanatda polis zorakılığı, hakimiyyət təmsilçilərinin səlahiyyətlərindən sui-istifadə etdikləri və medianın qanuni fəaliyyətinə mane olduqları vurğulanıb. Bəyanatda, həmçinin qeyd edilib ki, avqustun 18-də “Amulsar” və Cermukun müdafiəçilərinin yürüş-gəzinti formatında aksiyasının təşkil olunduğu Ermənistan parlamentinin qarşısındakı parkda polis bir qrup jurnalistin peşə fəaliyyətini yerinə yetirməyə mane olub. Bəzi fəallara və onlara qoşulan vətəndaşlara zorakılıq edən polislər media nümayəndələrinin parka daxil olmasına və oradan xəbər yayımlamasına icazə verməyib. Jurnalist təşkilatları hökumətdən 18 avqustda parlament binası yaxınlığında jurnalistlərin qanuni fəaliyyətinə mane olanların məsuliyyətə cəlb edilmələrini tələb ediblər. Bəyanatda deyilir ki, bu, polisin koronavirus pandemiyası və fövqəladə vəziyyət rejimini bəhanə edərək, səlahiyyətlərindən sui-istifadə etməklə medianın fəaliyyətinə müdaxilə etdiyi, qanunları və jurnalistlərin hüquqlarını özünəməxsus şəkildə pozduğu ilk dəfə deyil. Belə ki, bu çərçivədə polislər media orqanlarının ofislərinə daxil olaraq maska reydləri keçiriblər. Məsələn, polislər “ArmNews” və “Beşinci kanal”a daxil olaraq maska taxmamağa görə inzibati cərimə kəsiblər.
Jurnalistlərin daha bir narazılğı isə baş nazir Nikol Paşinyanın yaxın dostu Yerevanın meri Hayk Marutyan barədədir. Belə ki, avqustun 18-də Yerevan meri istefası ilə əlaqədar mediada yayılan xəbərləri şərh edərkən, medianı “köhnə” və “yeni”lərə bölüb, jurnalistlərin təhqir edib. “Panorama.am”ın yazdığına görə, “Media advokat” təşəbbüs qrupu bu barədə bəyanat yayaraq H.Marutyanın münasibətinin qəbuledilməz yanaşma olduğunu bildirib. Qeyd olunur ki, paytaxt meri bu və ya digər media orqanının məlumatını təkzib edə bilər, ancaq onun media ilə mübahisədə jurnalistlərə qarşı belə tərzdə danışması yolverilməzdir. “Media advokat” meri söz azadlığına düzümlü yanaşmağa və vəzifəli şəxs kimi etik normalara riayət etməyə çağırıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

