Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum edilə bilər

Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum edilə bilər

03.06.2022 [09:34]

Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.

“Report”un məlumatına görə, o, bu barədə “MDR Aktuell”a ​​müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edir.

Katarina Barli xatırladıb ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Macarıstana görə bir neçə həftə gec qəbul edilib. Avropa Parlamentinin sədr müavini bildirib ki, qanunun aliliyini pozduğuna görə ölkənin səsvermə hüququ dayandırıla bilər.

“Xüsusən də Macarıstanda artıq demokratik və hüquqi münasibətlərdən danışmaq olmaz”.

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30