Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində zəlzələdə ölənlərin sayı 65 nəfərə çatıb

Çində zəlzələdə ölənlərin sayı 65 nəfərə çatıb

06.09.2022 [13:29]

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, Qardze-Tibet muxtar rayonunda dağıntılar altından 37 nəfərin meyiti çıxarılıb, daha 12 nəfər itkin düşmüş sayılır.

Yaan və Qardze-Tibetdə 248 nəfər xəsarət alıb. Onların 60-dan çoxunun vəziyyəti ağırdır.

Yaan və Qardze-Tibetdən 50 min nəfər təxliyə edilib. Çin hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırmaq və xilasetmə işləri üçün 7,25 milyon dollar (50 milyon yuan) ayırıb.

Qeyd edək ki, sentyabrın 5-də Çinin Qardze-Tibet muxtar rayonunun Ludin qəsəbəsində 6,8 bal gücündə zəlzələ olub. Bölgədə 1,1 milyondan çox sakin yaşayır. Yeraltı təkanların ocağı 16 km dərinlikdə yerləşir.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30