Qəzzaya sülh gələcəkmi?
20.10.2023 [12:33]
Müharibənin uzanması və genişlənməsi ehtimalı irəli sürülür
Bütün dünyanın diqqət mərkəzində olan Qəzza zolağında baş verən gərginliklər davam edir. Günlərdir ki, qarşılıqlı hücumlardan əziyyət çəkən dinc insanlar artıq şəhərləri tərk etmək məcburiyyətində qalıb. Dünyanın aparıcı dövlətləri, təşkilatları isə münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir, hər iki tərəfə çağırışlar edirlər.
İsrail səfəri zamanı Baş nazir Binyamin Netanyahu ilə görüşündə ABŞ Prezidenti Co Bayden Qəzza zolağında baş verənlərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Qəzza zolağında yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanaya hücumda İsrailin əli yoxdur. “Gördüklərimə görə, bunu siz (İsrail) yox, qarşı tərəf edib. Lakin bir çox insanlar buna əmin deyillər”, - deyə Amerika lideri deyib.
Ağ Evin rəhbəri tibb müəssisəsində baş verən partlayışdan dərin kədərləndiyini bildirib. Baydenin sözlərinə görə, səfərinin məqsədi
ABŞ-ın İsrailə dəstəyini dünyaya nümayiş etdirməkdir. O, həmçinin əmin edib ki, Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsi fonunda Təl-Əvivin ehtiyac duyduğu bütün yardımların alınmasını təmin edəcək. ABŞ Prezidenti günahsız fələstinlilərin həyatını qorumaq üçün lazım olan hər şeyi etməyə çağırıb.
Baydenin vasitəçiliyi...
Bu arada dünya mətbuatı Baydenin Yaxın Şərqdə vasitəçilik cəhdini uğursuz adlandırıb. Bu barədə İspaniyanın “El Pais” nəşri yazıb. Nəşrin yazdığına əsasən, Baydenin İsrail hökumətinə təzyiq və ərəb ölkələri liderləri ilə dialoq cəhdləri regionda gərginliyi azaltmayıb. Qeyd olunub ki, Bayden hazırda uğursuzluğa düçar olan Yaxın Şərq siyasətini qoruyub saxlamağa çalışıb. ABŞ tərəfindən BMT Təhlükəsizlik Şurasının atəşkəsə çağıran qətnaməsinə veto qoyması isə vəziyyəti daha da pisləşdirib.
Nəşr belə hesab edir ki, ərəb ölkələrinin narazılığı ABŞ-nin regiondakı xarici siyasətinin əsas istiqaməti olan Səudiyyə Ərəbistanı ilə İsrail arasında barışığın qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb ola bilər. ABŞ administrasiyasının İsrailə səfəri yaxınlarda ölkədə başlayacağı gözlənilən seçki kampaniyası zamanı Bayden üçün daxili cəbhədə də problemlər yarada bilər.
Misir və Böyük Britaniya xarici işlər nazirləri də Qəzzadakı vəziyyəti müzakirə ediblər. Misir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Böyük Britaniya XİN rəhbəri Ceyms Kleverlinin Qahirəyə səfəri çərçivəsində onun misirli həmkarı Sameh Şükri ilə baş tutan görüş zamanı Qəzzadakı hərbi gərginlik, eskalasiyanın aradan qaldırılması istiqamətində regional və beynəlxalq səylər, Qəzza zolağına humanitar yardım çatdırılması məsələsinin prioritetə çevrilməsi və münaqişənin miqyasının genişlənməsinin qarşısının alınması məsələləri müzakirə olunub.
203 girov...
Bu arada HƏMAS-ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayı 203-ə çatıb. Bunu İsrail ordusunun sözçüsü bildirib. Oktyabrın 7-dən bəri öldürülən İsrail hərbçilərinin sayı azı isə 306 nəfərdir. Eyni zamanda, İsrail Silahlı Qüvvələri şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 347 yerli özünümüdafiə dəstəsi formalaşdıracaq. “Yedioth Ahronoth” qəzeti xəbər verir ki, yəhudilər kütləvi surətdə özünümüdafiə dəstələrinin sırasına yazılır. Həmin dəstələr İsrail Silahlı Qüvvələrinin strukturuna daxil ediləcək və arxa cəbhə komandanlığına tabe olacaq. Xüsusi təlim keçəcək könüllülər lazımi ləvazimat və odlu silahla təmin ediləcək. Özünümüdafiə dəstələri əvvəllər yalnız təmas xətti zonalarında fəaliyyət göstərirdi, lakin HƏMAS hərəkatının hücumundan sonra digər yaşayış məntəqələri də təşəbbüsə qoşulmağa başlayıb. Son həftə ərzində 17 yaşayış məntəqəsində belə dəstələr formalaşdırılıb. Onların heyətinə orduda xidmət təcrübəsinə malik insanlar və istefada olan polislər cəlb edilib. Bir müddət öncə İsrailin güc strukturları 13,2 min könüllünü silahlandıracağı barədə məlumat yaymışdı.
Aylar çəkəcək...
Münaqişənin nə vaxta qədər davam edəcəyi ilə bağlı isə birmənalı fikirlər səslənmir. İsrailin fövqəladə hallar kabinetinin üzvü, ölkənin müdafiə departamentinin keçmiş rəhbəri Benni Qantz İsrailin Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməsinin aylar çəkəcəyini bildirib. O qeyd edib ki, xüsusən də Hizbullah partiyasının silahlı qanadı müharibəyə qarışsa vaxt daha da uzanacaq. “Bu müharibə çox vaxt aparacaq. Cənubda, lazım gələrsə, şimalda və ya başqa yerlərdə müharibə aylarla davam edə bilər. Yenidənqurma isə illərlə davam edəcək”, - “The Times of Israel” qəzeti onun sözlərindən sitat gətirib. “Məqsəd təkcə HƏMAS-ı məğlub etmək deyil, cənubun 100 faiz cənnətə çevrilməsini təmin etməkdir”, - deyən Qantz əlavə edib: “Müharibədə hər bir döyüş cəbhəsində qələbə qazandıqdan sonra biz özümüzü bu bərpaya həsr edəcəyik”.
Ərəb dünyasının müharibəyə qoşulma ehtimalı...
Bəzi siyasi ekspertlər isə ərəb ölkələrinin münaqişəyə müdaxilə imkanları haqda fərqli fikirlər irəli sürürlər. Məsələn, hərbi ekspert Vladimir Proxvatilov Qəzzada xəstəxanaya hücumdan sonra ərəb dövlətlərinin İsraillə döyüşmək üçün birləşmək imkanlarını “ikidibli təxribat” kimi qiymətləndirib. Proxvatilov bütün ərəb ölkələrinin İsrailə qarşı müharibə ehtimalından danışıb. “Total cihad olmayacaq. Düşünürəm ki, münaqişə dəyişəcək”, - Proxvatilov “News.ru”-ya müsahibəsində deyib. Onun sözlərinə görə, İsrail Qəzza zolağından dinc sakinlərin çıxarılması üçün əməliyyatı dayandırıb, lakin Misir münaqişənin genişlənməsindən ehtiyat edərək onları öz ərazisinə buraxmır.
Ekspert, həmçinin hesab edib ki, Qəzza zolağında çoxsaylı evlərin dağıdılması quru əməliyyatına problem yaradır, çünki bu şərtlərdə HƏMAS-ın hərbi qanadının müdafiəni təşkil etməsi daha asan olacaq.
“Düşünürəm ki, münaqişə donacaq”, - deyə Proxvatilov öz fikrini bildirib və əlavə edib ki, münaqişə böyük, uzunmüddətli müharibəyə çevrilməyəcək.
Xatırladaq ki, tarixdə bir neçə dəfə ərəb-İsrail qarşıdurması yaşanıb. 1948, 1956-cı ilərdə, eyni zamanda, 1967-ci ildə altıgünlük müharibə dövründə İsrail ilə ərəb dünyası arasında silahlı qarşıdurmaların şahidi olunub: yeganə müharibə - 1973-cü ildə başlanan İsrail ilə Misir və Suriya arasındakı müharibə olub ki, nəticədə sülh müqaviləsi imzalanıb...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19

