“İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirilib
22.05.2024 [15:49]
Bakı Yunus Emre İnstitutunun və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı Türkiyə türkcəsində” tədbir keçirilib. İsmayıl Şıxlının 105 illik yubileyi çərçivəsində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qasımlı yazıçının “Namərd gülləsi” hekayəsinin təhlilini və “60-lardan Günümüze Azerbaycan Hikayesi” kitabını təqdim edib.
Tədbiri giriş sözü ilə açan Yunus Emre İnstitutunun müdiri Selçuk Karaklılıç İnstitutun fəaliyyəti ilə bağlı məlumat verib. Daha sonra Lalə Qasımlının İsmayıl Şıxlının və digər Azərbaycan yazıçılarının hekayələrinin Türkiyə türkcəsinə tərcümə və təhlil edildiyi layihəsi əsasında ərsəyə gələn kitabı ilə bağlı fikirlərini bildirən Selçuk Karaklılıç, əsərin Türkiyə və Azərbaycan arasındakı əlaqələrə müsbət təsirini və əhəmiyyətini vurğulayıb.
Növbəti çıxış edən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü İsmayıl Şıxlı yaradıcılığına toxunaraq təqdim olunan layihə çərçivəsində Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən bəhs edib. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunda türk filologiyası sahəsində dəyərli türkoloji tədqiqatların aparıldığını, türk ədəbiyyatından tərcümələr edildiyini deyib, Şərqşünaslıq İnstitutunun təqdim edilən kitabının da Azərbaycan - Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafına bir töhfə olduğunu vurğulayıb.
Sözügedən layihənin rəhbəri dosent Lalə Qasımlı kitabla bağlı geniş məruzə ilə çıxış edib və İsmayıl Şıxlının “Namərd gülləsi” hekayəsi haqqındakı məqaləsini təqdim edib. Məruzəçi layihənin həyata keçirilməsində dəstəyini əsirgəməyən insanlara və tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirib.
Çıxışçılar arasında yer alan Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Əsəd Cahangir, İsmayıl Şıxlının övladı Elçin Şıxlı, professor Təyyar Salamoğlu, yazıçı Şərif Ağayar və Mənzər Niyazlı İsmayıl Şıxlının əsərlərindən, onun yaradıcılığının müasir ədəbiyyata olan təsirindən, kitabın Azərbaycan və Türkiyə ədəbiyyatı üçün əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda qonaqlar müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzu ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

