İdeallarından dönməyən ədib...
29.06.2024 [11:40]
Mirzə Fətəli Axundovun doğum günüdür
Yeganə BAYRAMOVA
“Dünyada insan üçün ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər”. Bu fikirlər görkəmli dramaturq Mirzə Fətəli Axundovundur. O, Azərbaycan mədəniyyəti və ədəbiyyatında tarixi xidmətləri böyük olan bir sənətkardır. Axundovun yaradıcılığı ədəbiyyat tariximizin ən qiymətli və dəyərli səhifələrindəndir.
Yorulmadan mübarizə aparırdı...
M.F.Axundovun əsərlərinə nəzər saldıqda olduqca maraqlı, mühüm bir məqam diqqəti cəlb edir. Belə ki, onun düşüncələri, əsərlərində xalqa aşılamaq istədikləri bu günümüz üçün də aktualdır. Uzaqgörən dramaturq cəmiyyətimizdə mənəvi dəyərlərin təbliğini vacib hesab edirdi, bunun üçün yorulmadan mübarizə aparırdı. Məhz bu fakt Axundovun dahiliyini bir daha təsdiqləyir. O, ailədə və cəmiyyətdə uşaqlara nəcib əxlaqi keyfiyyətlər aşılanmasına, onlarda vətənpərvərlik tərbiyəsinin yüksək olmasına böyük əhəmiyyət verirdi. Cəmiyyətin üzvlərinin xalqa, qadın hüququna hörmət bəsləyən, nəzakətli, mədəni, həqiqəti sevən, özünə və başqalarına tələbkar adamlar olmalarını arzu edirdi. Fikirlərində qeyd edirdi ki, yeni insan mətin iradəli, yeniliyi, azadlığı sevməli, zülmə, ədalətsizliyə nifrət etməli, mübariz qəhrəmanlar kimi yetişməlidir. Arzusu idi ki, yeni insan xalqın mənafeyini öz şəxsi mənafeyindən üstün tutsun, dostluqda, yoldaşlıqda sədaqətli, möhkəm ideyalı, prinsipial olsun.
Ən böyük arzusu bu idi...
Ədibin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən Axundov yazırdı: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdanbaşa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar”.
M.F.Axundzadə geniş xalq kütlələrinin savadlanması işində ərəb əlifbasının böyük əngəl olduğunu görərək 1857- ci ildən bu əlifbanın dəyişdirilməsinə çalışmışdı. O belə hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar, o cümlədən türkdilli xalqlar üçün əsla əlverişli deyil. Buna görə də görkəmli dramaturq daim Azərbaycan dilinin sadələşdirilməsi uğrunda çalışırdı. Dramatik əsərlərini çox sadə və xalq danışıq dilində yazırdı.
Heç vaxt mübarizəsindən vaz keçmədi...
Əlifba sahəsində böyük maneələrə baxmayaraq, vətənpərvər ədib mübarizəsindən dönməyib. Fətəlişünasların yazdıqlarına görə, böyük maarifçi bu yolda mübarizə apararkən özünə təsəlli verirdi ki, o, dünyadan getsə də, ən böyük arzusu xələfləri tərəfindən həyata keçiriləcək. Axundova bu arzusunu həyata keçirmək qismət olmasa da, onun bu ideyası əvvəlcə ötən əsrin 20-30-cu illərində, zəmanəmizdə isə 90-cı illərdə həyata keçirildi.
Sabah dahi yazıçının anadan olmasından 212 il ötür. Bütün həyatını xalqının tərəqqisinə həsr edən M. F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci il martın 9-da vəfat edib. 66 yaşında dünyadan köçən ədib öz vəsiyyətinə görə müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15

