Xeyrəddin Qoca 75
29.01.2025 [10:25]
TƏBRİK
Hörmətli, Xeyrəddin Qoca!
Sizi-tanınmış yazıçı-dramaturqu, publisist və satiriki, ictimai xadimi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik!
Siz 29 yanvar 1950-ci ildə Azərbaycan Respublikası Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində anadan olmusunuz.
1967-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstituna qəbul olunmuş, 1971-ci ildə Ali məktəbi bitirmisiniz.
1975-77-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almısınız.
55 il əvvəl- ötən əsrin 60-cı illərinin sonlarında ilk dəfə “Kirpi” jurnalında dərc olunmuş “Hədiyyə” adlı satirik hekayənizlə oxucuların görüşünə gəlmisiniz. Sonralar Azərbaycan mətbuat orqanlarında, xüsusilə “Ədəbiyyat və İncəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetində müntəzəm olaraq hekayələriniz, bədii yazılarınız dərc olunmağa başlanmışdır. Siz əlinizə qələm alandan bəri cəmiyyətdəki neqativ halları ifşa edən kitablar çap etdirmiş, səhnə əsərləri yaratmısınız.
Ordu sıralarında xidməti borcunuzu yerinə yetirdikdən sonra (1971) əmək fəaliyyətinə başlamış, 1971-ci ildən 1997-ci ilə qədər müxtəlif qəzet, jurnal redaksiyalarında işləmisiniz.
Sizin jurnalistikanın müxtəlif janrlarında minlərlə yazınız Azərbaycanda və xaricdə çıxan yüzdən çox müxtəlif adda qəzet və jurnallarda dərc edilmişdir. Televiziya və radio efirlərində saysız verilişləriniz, süjet və çıxışlarınız səslənmişdir. Səs yazılarınızın bir qismi, video-lentlərə yazılmış tamaşalarınız Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan məqalələriniz və kitablarınız S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət İncəsənət və Ədəbiyyat arxivində, son yaradıcılıq məhsullarınız isə şəxsi arxivinizdə saxlanır.
“Filaknəslər” (1995), “Hərə öz payını götürsün...” (1998), “Marallar” (2000), Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar...” (2002), “Gərək yazam...” (2003), “Hərənin öz payı...” (iki hissəli satirik komediya) (2003), “Pyeslər” (2004), “Bu da belə həyatdır...” (2008), “Biz bizə bənzərik...” (2010), “Həyati proseslərin axarında” (2013), “Yazdıqlarım... Yazılanlar...” (2018) və başqa kitabların müəllifisiniz.
Siz böyük Türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmisiniz.
Azərbaycan Milli Akademik Dram Teatrında “Hərənin öz payı...” adlı satirik komediyanız tamaşaya qoyulmuşdur (2002). “Qonşulaşma, qohumlaşma, kirvələşmə” adlı komediyanız Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). “Düzü-düz, əyrini-əyri” (2006), “Bu bizim zamanədir” (2007), “Toy olacaq...” (2008) adlı pyesləriniz Azərbaycan Milli Radiosunun tamaşaları kimi efirdə səslənmişdir. Bakıda Heydər Əliyev Sarayında “Bilirəm, səsim xoşunuza gəlməyəcək...” adlı musiqili satira gecəsi keçirmisiniz (avqust 2003). C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında “Vəzifə dəlisi” (2014), Mingəçevir Dövlət Teatrında “Molla Nəsrəddin” (2003) adlı pyesi tamaşaya qoyulmuşdur.
Həyat və yaradıcılığınıza həsr olunmuş “Xeyrəddin Qoca” (foto-kitab) (2000), “Ömür belə keçir...” (2004), “Xeyrəddin Qocanın gülüşü” (2007 və 2015), “Həyati proseslərin axarında...” (2013) adlı kitablar nəşr olunmuşdur. İctimai Televiziya haqqınızda “Ömür belə keçir...” (2009) adlı film, Yeni Az Tv 75 illiyinizə həsr edilmiş “Həyatın axarında” (2025) filmi çəkmişdir.
Azərbaycan Jurnalistlər Birliyi (1979) və Azərbaycan Yazıçılar Birliyinin (1996) üzvüsünüz.
Siz ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak edirsiniz. Azərbaycanın ağır dövründə məşhur “91-lər”dən biri kimi siyasi mübarizəyə qoşulmusunuz. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təşəkkül tapmasında sizin xidmətləriniz olmuşdur.
1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmisiniz.
1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində işləmisiniz. Sizə 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir.
Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinizə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüsünüz (2007-ci il).
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (18 noyabr 2017-ci il), “Şöhrət” ordeni (30 yanvar 2020-ci il) və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif eilmisiniz.
Bir sıra ədəbi mükafatlar almısınız.
Hörmətli, Xeyrəddin müəllim!
Sizi 75 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Azərbaycan Yazıçılar Birliyi
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

