“Şamaxı: 100 il məxfi “qrif”i altında” kitabı təqdim edilib
02.05.2014 [09:07]
Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları və Konfliktologiya İnstitutunda “Şamaxı: 100 il məxfi “qrif”i altında” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, səfirliklərin əməkdaşları, alimlər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, Milli Məclisin deputatı, “Şamaxı 100 il “tam məxfi qrif”i altında” kitabının məsləhətçisi və “Ön söz”ün müəllifi Aytən Mustafayeva rəhbərlik etdiyi elmi müəssisə tərəfindən hazırlanaraq nəşr etdirilmiş kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki, bu kitab 1918-ci ildə erməni terrorçularının Şamaxıda törətdikləri cinayətlərin, Şamaxı haqqında unudulmuş hadisələrin, məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılmamış həqiqətlərin əsasında nəşr olunub. Kitabda şamaxılılara, bütün Azərbaycana məlum olmayan fakt və sənədlər əksini tapıb.
Nəşrin müəllifləri Rövşən Vəlizadə (Azərbaycan), Hüseyn Siyami (İran), Məsud Süleyman əl Həmid (İraq), Faiz Fərha Rəşid (Suriya) və Səid Bərridir (Livan).
Bildirilib ki, həm respublikamızda və həm də onun hüdudlarından kənarda ciddi elmi araşdırmaların, monoqrafiya və məqalələrin müəllifi kimi tanınan, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin xarici müəlliflərlə birgə hazırladığı bu kitab 1918-ci ildə erməni terrorçu birləşmələrinin Şamaxıda törətdikləri soyqırımı ilə bağlı yazılan əsərlərin sırasında özünəməxsus yer tutur. Yeni kitab müəlliflərin Suriya, İraq, İran və Livanda ermənilərə məxsus kitabxana, kilsə arxivlərindən, şəxsi qovluqlardan əldə etdikləri fakt və sənədlər əsasında qələmə alınıb.
A.Mustafayeva “Şamaxı 100 il “tam məxfi qrif”i altında” kitabının məziyyətlərindən - mənbələrlə işin, tədqiqatçı zəhməti və məqsədyönlülük prinsiplərindən, fakt və hadisələrə münasibətdə siyasətçi fəhminin və rasionallığın ən yüksək səviyyədə olmasından da söz açıb. İnstitutun direktoru erməni terrorçularını ifşa edən bu kitabı tarixi, fəlsəfi, ictimai-siyasi və məntiqi baxımdan qiymətli əsər kimi dəyərləndirib.
Milli Məclisin deputatı Qənirə Paşayeva, nəşrin məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məhərrəm Hüseynov Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında və təbliğində təqdimatı keçirilən kitabın əhəmiyyətini qeyd ediblər. Ermənilərin ifşa olunması üçün arxivlərin açılmasının vacibliyini vurğulayan natiqlər işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayan təcavüzkar Ermənistanın azərbaycanlılara qarşı rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış separatçı və terrorçu siyasəti barədə kifayət qədər nəşrlərin olduğunu, lakin qatı açılmamış fakt və materialları aşkara çıxaran “Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabının tariximizdəki vacib yerini xüsusi qeyd ediblər.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Mədəniyyət Mərkəzinin rəhbəri, doktor İbrahim İbrahimi ermənilərin tarix boyu törətdikləri qanlı cinayətlərdən söz açıb, Xocalıda, Şamaxıda baş vermiş soyqırımı hadisələrinin heç vaxt unudulmayacağını bildirib. Azərbaycan ilə İran arasında münasibətlərin daim inkişaf etməsini arzulayan İ.İbrahimi vurğulayıb ki, Prezident İlham Əliyevin səyləri nəticəsində bu əlaqələr ildən-ilə genişlənir.
İraqın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri şöbəsinin müdiri Əhməd Casim ölkəsindəki kitabxanalarda, arxivlərdə belə vacib sənədlərin olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sənədlərin araşdırılması ilə maraqlanan azərbaycanlı alim və tədqiqatçılar səfirliyə müraciət edə bilərlər və bu işdə onlara mümkün olan hər cür kömək göstəriləcək.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında, təbliğində və geniş ictimaiyyətə çatdırılmasında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib, bu elmi müəssisənin nəşrlərinin əhəmiyyətini qeyd edib. Azərbaycana aid olan sənədlərin xarici ölkələrin arxivlərindən tapılıb gətirilməsinin və kitab şəklində çap olunmasının böyük zəhmət tələb etdiyini bildirən M.Bağırov müəllifləri təbrik edib, uğurlar arzulayıb.
Milli Təhlükəsizlik Nazirliyi Xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Sabir Tağıyev, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov və başqaları kitabın real tarixi hadisələrin, faktların, xronikaların, fotosənədlərin, arxiv materiallarının dəyərləndirilməsi baxımından da maraq doğurduğunu diqqətə çatdırıb, layihənin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
“Şamaxı 100 il “tam məxfi qrif”i altında” kitabında ermənilərin 1918-ci ildə Şamaxıda törətdikləri vəhşiliyin amansızlığını, tarixdə gizli qalmış bir çox məqamları, şamaxılıların soyqırımını bütün detalları ilə müfəssəl şəkildə ortaya çıxaran faktların olması təqdirəlayiq hesab edilib, nəşrin xalqımızın qan yaddaşının yenilənməsində əlverişli vasitə olduğu vurğulanıb.
Sonda kitabın həmmüəllifi, professor Rövşən Vəlizadə çıxış edərək bildirib ki, tariximizin, xüsusilə Qarabağın tarixinin tədqiq olunmasını gözləyən qaranlıq səhifələri çoxdur. Bu baxımdan alimlərimizin, tədqiqatçılarımızın üzərinə böyük vəzifələr düşür. Azərbaycan ilə bağlı mühüm sənədlər xarici ölkələrin arxivlərindən gətirilərək nəşr olunmalı və geniş oxucu kütləsinə çatdırılmalıdır.
R.Vəlizadə kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, mövzunun gələcəkdə də davam etdiriləcəyini, yağı düşmənlə informasiya müharibəsində qalib gəlmək üçün belə nəşrlərin çox olmasının vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

