Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri Türkiyədə nəşr olunub

Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri Türkiyədə nəşr olunub

08.02.2018 [09:58]

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin müəllifi olduğu, dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə tərcümə olunaraq “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.
Kitabın, eyni zamanda, Türkiyədə Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi planlaşdırılır.
Qeyd edək ki, bu günə qədər layihə üzrə 9 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq, türkiyəli kitabsevərlərə təqdim edilib.

Paylaş:
Baxılıb: 4530 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30