Hər şəhidə bir şeir yazan şair: “3000 şəhid qardaşım var”
28.12.2021 [10:52]
İlhamə Rəsulova
Bu günlərdə şair Elşad Baratın şəhidlərimiz haqqında yazdığı “Ölümsüzlər” kitabı işıq üzü görüb. Bəzək- düzəkdən uzaq, kövrək misraları oxuduqca insanın ruhu Kərəm kimi alovlanır.
Necədi anan üçün Yuxu olmaq, səs olmaq?
Necədi vətən üçün Ölüb, müqəddəs olmaq?
Kitabı vərəqlədikcə üzünü heç vaxt görmədiyin, səsini duymadığın yüzlərlə oğul üçün ürəyindən sızıltı keçir. Onun şeirləri pafossuz, sadə və səmimidir. Oxuduqca düşünürsən ki, bunları Elşad yox, hansısa şəhid anası deyib, şəhid xanımı deyib.
Görüşünə gəlmişəm,
Ağlayım, susum səni?
Dur, öpüm baş daşından.
Bağrıma basım səni.
Elşadın sətirlərini təsirlənmədən oxumaq mümkün deyil. Bu şeirlər ithaf deyil, balasını son mənzilə yola salan ananın dilindən deyilmiş son lay-lay kimidir. Oxucunu bu qədər təsirləndirən şeirlər o sətirləri qələmə almış şairin ürəyində, kim bilir, necə dərin izlər buraxıb.
Elşad Barat deyir ki, şəhid şeirləri, ithaf şeirləri yazmaq çox çətin olur. “Şəhidin ailəsinin acılarını özündə hiss edirsən, onun barəsində məlumat toplayarkən o qədər ruhən yaxınlaşırsan ki, onunla birlikdə döyüşürsən, ölürsən. Mən bu şeirləri yazarkən yüz dəfələrlə ölüb-dirildim. Bu mənada, onlar haqqında kitab yazmaq çox çətin oldu. Sarsıdıcı duyğu selinin içindəydim. Şəhidlər haqqında yazmaq üçün hər birinin özəl xüsusiyyətlərini öyrəndim. Ayrı-ayrılıqda hər birinin həyatı ilə maraqlandım. Döyüş yolu, şəhid olduğu son döyüş barədə məlumat topladım. Kitabımda hər şəhidin şəkli və haqqında ətraflı məlumat, ona həsr etdiyim bir şeir dərc edilib.
Kitaba Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı və tanınmış şair Ağacəfər Həsənli ön söz yazıblar. Hələlik I cild çapdan çıxıb. II cild yaxın günlərdə nəşr olunacaq. Birinci kitab 300 səhifədir. 300 şəhid haqqında məlumat və şeir var. Bütün şəhidlərimiz haqqında yazacam, heç biri diqqətdən kənarda qalmayacaq.
Bütün şeirləri o şəhidlərin ailələri ilə görüşərək yazıram. Ailələrinə gedirəm, oxuduqları məktəblərdə oluram. Onlar haqqında ən xırda məlumatı, demək olar ki, bütün xatirələri öyrənirəm. Fərdi xüsusiyyətlərini verə bilim deyə. O dərəcədə dərindən araşdırıram ki, sanki, illərin dostuyam onunla. Birlikdə böyümüşük, yaxından tanıyırammış kimi hiss edirəm. Elə olub el-el, oba-oba, kənd-kənd gəzmişəm. Başqa cür uğurlu alınmazdı. Bunu onların dayandığı zirvəyə layiq bilməzdim. Şeirləri o qədər dərindən duyaraq, içdən yazdım ki, 3000 şəhidin hamısı, sanki, əzizim, doğmam, qardaşımdır. Görmədiyim, lakin birlikdə böyüdüyüm və itirdiyim 3000 şəhid qardaşım var mənim. Sanki, onlarla birlikdə yaşamışam, döyüşmüşəm, şəhid olmuşam. Bir-birimizə ruhən bağlanmışıq”,- deyə şair bildirir.
Elşad Baratın şəhidlər haqqında yazdığı bu kitablara böyük maraq var. Kitabı araya-ərsəyə gətirmək üçün müxtəlif bölgələrdəki 3000-ə yaxın şəhid evinə getməli olub. Bunu özünün mənəvi borcu hesab edir. Kitabın çapını “Avrora” şirkəti öz üzərinə götürüb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

