İki dünya arasında...
01.07.2022 [10:44]
...Varmı azadlıq?
Böyük sufi şair, mütəfəkkir Mövlana Cəlaləddin Rumi deyirdi: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Yəni ilahi iradənin təbiətə müdaxiləsi hüdudsuz, fasiləsizdir, Tanrının istəyi olmasa, bir yarpaq belə budağından qopmaz. Buradan da belə çıxır ki, insan o mütləq azad fövqəliradənin əlində ağıllı oyuncaqdan, Paskal demiş, düşünən əsadan savayı bir şey deyil; başqa sözlə, total ilahi iradənin hökm sürdüyü kainatda azadlığa yer yoxdur.
Ancaq bu, hələ azadlığın birdəfəlik itirilməsi deyil. Sonrakı əsrlərdə Spinoza, Hegel kimi filosoflar sonsuz zərurət zənciriylə azadlığı barışdırmağa çalışdılar, “Azadlıq - dərk olunmuş zərurətdir” kəlamı fəlsəfə meydanına ayaq açdı. Yəni insan boynuna dolanmış zəncirin onu hansı səmtə sürüdüyünü qanıb o səmtə könüllü üz tutarsa, özünü azad bilər, taleyin buyruğunu, fələyin fərmanını öpüb gözünün üstünə qoyar.
Azadlıqla zərurəti qardaşlaşdırmağa Lev Tolstoy da cəhd göstərib. “Hərb və sülh”ün fəlsəfi epiloqunda yazıçı azadlığı həyatın məzmunu, zərurəti həyatın forması saydığını yazır.
***
Göründüyü kimi, böyük mütəfəkkirlər “zərurət”, “qaçılmazlıq” kimi anlayışları səbəb-nəticə asılılığının bir başqa adı olan determinizmlə eyniləşdirib təsadüfə qarşı qoyurlar. Halbuki determinizmlə təsadüf bir medalın iki üzüdür, sonsuz səbəb-nəticə bağlılıqları sonsuz təsadüflərdən heç nəylə fərqlənmir. Təbiət, o cümlədən təbiətin bir parçası olan cismimiz məhz bu qanunauyğunluğa tabedir, onun üstündə hərəkətə gəlib.
Tam təsadüf nəticəsində doğulmuşuq. Nə kimin evində, hansı ölkədə, hansı planetdə dünyaya gəlməyimiz bizdən asılı olub, nə də ölümümüz öz əlimizdədir. Bir bədən kimi havadan, sudan, maddi nemətlərdən, bir sözlə, bizə müdam döşündən süd verən anamız təbiətdən asılıyıq. Fiziki, maddi, cismani həyatda azadlığa bir iynə gözü boyda belə yer yoxdur. Təsadüf, determinizm Şeytanın ta özüdür.
***
Həyata xaos, insan ömrünə təsadüflər silsiləsi kimi baxan fikir adamları da az deyil. Böyük fransız şairi, poeziya tarixində ən böyük islahatçılardan biri Şarl Bodler şeirlərində həyatın iblisanə üzünü vəsf eləyirdi, gözəlliyin heç də xeyirlə, həqiqətlə qol-boyun olmadığını istedadının bütün gücüylə sübuta yetirməyə çalışırdı. Poetik toplusunun adı da bunu çığıra-çığıra deyir: “Şər çiçəkləri”. Bodler xaosdan, nizamsızlıqdan, fanilikdən, eybəcərlikdən, bir sözlə, iblisdən özünə tanrı yaratmışdı, imdad diləyəndə də Tanrıdan yox, İblisdən diləyirdi.
Həyata bu sayaq astar üzündən baxan başqa dahilər də var. Məsələn, Şopenhauer də azadlığı mütləq təsadüflə eyniləşdirirdi. Ancaq fövqəliradənin əlində alət olmaqla təsadüflərin qaydasız oyununda girinc qalmağın hansı prinsipial fərqi var? Təsadüflər okeanında dalğaların saman çöpütək sağa-sola çırpdığı insan necə azad ola bilər? Ya zərurət zəncirinə vuruldun, ya təsadüflərin qaçdı-qovdusunda əsir-yesir oldun - nə fərqi var?..
***
İkili dünyada yaşayırıq. Bu dünya yalnız zərurət, yaxud da yalnız təsadüf qanunlarıyla idarə olunmur. Azadlıq da, determinizm də gerçəklikdir, ən azı o səbəbdən ki, bu anlayışlar insanın ağlına gəlib. Biz bu antaqonist gücləri öz varlığımızda ruhla bədən kimi daşıyırıq: biri obyektiv (ruh), o biri subyektiv (bədən); biri qlobal, o biri lokal; universal - məhəlli; abstrakt - konkret; deduktiv - induktiv; aprior - empirik... Xülasə, biri xeyir, o biri şər.
Azadlıq varsa əgər, o, ruhumuzun xassəsidir, çünki təbiətdə azadlıq yoxdur. Determinizm azadlığın, təsadüf zərurətin astar üzü, düşmənidir. Zəruri, qaçılmaz olan azadlığa aparan yol, Tanrı yoludur. Yaxud da tərsinə: azadlıq zərurətdir, qaçılmazdır.
Olmalı olanın bir yolu var. Bəs əgər bir iş olmaya da bilərsə, onun olmamağının neçə yolu var?..
***
Azadlıq tarixin ali məqsədi, tək hədəfidir, ona aparmayan bütün yollar fəlakətə aparır. Məsələn, uşağa da bəllidir ki, çağdaş dünyada demokratiya tarixi zərurət, mütləq azadlıq yolunda növbəti iri addım, ilahi iradəni ictimai iradəyə çevirməyin hələlik yeganə mümkün formasıdır. Bunun qarşısında nə faşizm, nə fundamentalizm, nə də kommunizm duruş gətirəcək; işdir, gətirsə belə nəticəsi qlobal fəlakət olacaq.
Demokratiya universal dəyərdir, adını çəkdiyim cərəyanlarsa, miqyası nə qədər böyük olsa belə, lokal xarakterlidir - bir millətin faşisti o biri millətin faşistini sevməz; bir dinin fundamentalisti özgə dinin fundamentalistini bəyənməz; bir ölkənin kommunisti ayrı ölkənin kommunistiylə yalnız yalandan dostluq eləyər, əslində isə güclü tərəf zəif tərəfi öz bətnində əritməyə çalışar. Bunu keçilmiş təcrübədən yaxşı bilirik.
***
İki dünya arasında, ideal aləmlə real aləmin qovuşağında yaşayırıq. Ancaq bu real dünyanın özü də ikiüzlü, ikiqütblüdür - bir qütbü yaşamaq ehtirası, bir qütbü ölüm qorxusu.
Ziqmund Freyd Birinci Dünya savaşından sonra öz kəşfinə əlavə elədi - sən demə, canlı aləm təkcə eşq allahı Erosun yox, həm də ölüm tanrısı Tanatosun hökmüylə yola çıxırmış. Freyd kimi dahi həyatın iki mənbədən qidalandığını duymaya bilməzdi, ancaq materialist olduğundan, ruha inanmadığından hər iki mənbəni təbiətin bətnində, instinktlər aləmində arayırdı. Halbuki Erosla Tanatos iki ayrı instinkt yox, bir instinktin müdam bir-birinə çevrilən iki başı, iki qütbüdür.
Yaşamaq ehtirasıyla ölüm qorxusu bir-birinə düşmən deyil, tam tərsinə, iç-içədir, sağ əllə sol əl kimi, sağ gözlə sol göz kimi daim bir məqsədə qulluq göstərir. Freyd bu fikirdəydi ki, canlı orqanizmdə ayrıca ölüm istəyi, ölümə canatma kimi şüursuz bir təmayül, yenidən qeyri-üzvi varlığa çevrilmək arzusu var. Fəqət həyat göstərir ki, hətta intihar belə özünü qorumaq məqsədi güdür.
Üzvi varlıq, canlı orqanizm nə eləyirsə özünü qorumaqdan ötrü eləyir, onun ölmək naminə ölmək kimi bir niyyəti ola bilməz. Bununla belə bütün yollar, üsullar onu ölümə, yoxluğa aparır, necə deyərlər, onu aclıq da öldürür, toxluq da.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

