Ayaq saxla, zaman, dayan an, sən gözəlsən!
12.12.2023 [11:25]
İohann Volfqanq Hötenin “Faust” dramatik poeması haqqında
Özünün şah əsəri üzərində işə başlayanda Höte iyirmi yaşını yenicə adlamışdı. Əsəri başa çatdıranda isə müəllifin ölümünə bir il qalırdı. Bu minvalla Hötenin poeması fasilələrlə aşağı-yuxarı altmış ilə yazılmışdı.
Əsərin janrı haqqında da birmənalı fikir yoxdur. Müəllif dramatik formada yazdığı əsəri faciə adlandırsa da, “Faust” səhnə üçün nəzərdə tutulmayıb. Bu baxımdan mənzum faciənin dramatik poema janrına aid olunması, zənnimcə, daha doğrudur. “Faust”un faciə olub-olmaması da xeyli mübahisəlidir, çünki sonda baş qəhrəman ən acı aqibətdən yayınır, qurtuluşla müjdələnir.
Poemanın mövzusu ruhunu şeytana satmış qara maq haqqında xalq rəvayətindən götürülüb. Həmin rəvayətdə Faust şeytan fəhləsi kimi ömrünün axırında cəhənnəmə vasil olur. Fəqət
Höte elm dəryasına baş vuran, ömrü boyu həqiqətin güdüyündə duran bu sirli-sehirli şəxsə yenidən tale yazdı, onu Allahın dərgahına ucalda bildi.
Ancaq “Faust”un bir mənbəyi, bu əsərin yaranmasının bir səbəbi də var. Bu da Əhdi-Ətiqdəki Əyyub peyğəmbər əhvalatıdır. Orada da yəhudi tanrısı Yahve sevimli bəndəsinin imanını sınağa çəkmək üçün ona minbir əzab verir, onu olmazın məşəqqətlərə düçar eləyir. Hərçənd Faustdan fərqli olaraq Əyyub Şeytana uymur, sona qədər əqidəsindən dönmür, imtahandan üzüağ çıxır.
***
Faustu avtobioqrafik obraz da saya bilərik, çünki müəllif özü də gəncliyindən yalnız poeziya, fəlsəfə ilə yox, təbiət elmləriylə də dərindən məşğul olub, bu istiqamətdə traktatlar qələmə alıb, dövrün bir sıra alimləri, ələlxüsus Nyutonla elmi polemikalara girişib. Onun elmə marağının ötəri həvəs olmadığını sübuta yetirmək üçün bunu demək yetər ki, Hötenin təbiət hadisələrinə həsr olunmuş əsərlərinin həcmi on cilddən artıqdır.
Bununla belə dünya onu şair, mütəfəkkir kimi tanıyır. “Faust” iliyinə qədər fəlsəfi mahiyyət daşısa da, Höte quru dillə yazılmış risalələr, traktatlar oxumaqdan çox da xoşlanmazdı (təxminən belə deyirdi ki, nəzəriyyə quru taxta, beyin suyudur, həyat ağacı isə həmişə yaşıldır), hərçənd Kant, Şellinq, Hegel kimi azman filosofların ideyalarından, konsepsiyalarından yaxşı xəbəri vardı.
Eynən Hegel sayağı o da şəri xeyirə dərman buyururdu, ağla qaranın arasından sərhədi götürməyə çalışırdı. Faust Mefistofeldən kimliyini soruşanda İblis ona belə cavab verir: “Mən hər zaman şər diləyən, fəqət xeyir törədən qüdrətin bir parçasıyam”. Yəni Allahın tərkib hissəsi, varlğın astar üzü, Tanrının şərikiyəm. Hötenin Mefistofeli, məsələn, Con Miltonun Lüsiferi (“İtirilmiş cənnət”) kimi Tanrıyla düşmənçilik münasibətində yox, gizli ittifaqdadır, bir az da dəqiqləşdirsək, ilahi administrasiyanın xəfiyyəsi, məxfi xidmətinin başçısıdır.
***
“Faust”un məntiqini anlamaq elə də asan deyil. Aydın olmur ki, niyə ömrü boyu faciələrə, fəlakətlərə vəsilə olmuş bir metafizik cani sonda cənnətlə müjdələnir. Bəs onda cəhənnəm tonqalları kimdən ötrü qalanıb?
Faust bütün aktiv həyatı, praktik fəaliyyəti boyu həqiqətə, gözəlliyə, xeyirə can atsa da, ətrafına yalnız ölüm, fəlakət saçır. Onun qəlbinin hər qımıltısı sevdiyi varlıqlara bəla, iztirab gətirir. Belə çıxır Allahın sevimli bəndəsinin mənəvi mexanizmi Yaradanın iradəsinə daban-dabana zidd olan qanunlarla hərəkətə gəlir - müdam xeyir diləyir, ancaq daim şər törədir.
***
Əsər iki hissədən ibarətdir. Daha erkən yazılmış birinci bölümdə hadisələr müəllifin qoca yaşlarında qələmə alınmış ikinci bölümə nisbətən realistik məcrada, gerçək duyğular, emosiyalar aləmində cərəyan eləyir.
Bütün ömrü kainatın sirlərini öyrənməyə, haqqın ünvanını tapmağa həsr olunmuş Faust sonda bu qərara gəlir ki, həqiqət insan ağlının yemi deyil, haqqın camalını görmək ona heç vaxt nəsib olmayacaq. Hərçənd sehirbaz doktor yaşadığı illər ərzində böyük hörmət qazanıb, mərhum atası kimi xalqdan köməyini əsirgəməyib, ən ağır xəstəliklərin, qorxunc epidemiyaların üstünə gedib. Fəqət elin pərəstişi, xalqın hörmət-izzəti onun ruhunu doyurmur, bu ac qəlbin daha ləziz ilahi nemətlərə ehtiyacı var.
O nemətlərsə əlçatan deyil. Ona görə də Faust özünü öldürməkdən başqa yol görmür. Bu məqsədlə zəhər dolu kasanı dodağına yaxınlaşdıranda kilsə zəngi çalınır. Haqqın sədası Faustu özünə qəsd eləmək niyyətindən daşındırır.
***
Bundan əvvəl əsərə yazılmış girişin “Asimanda proloq” bölməsində Allahla Mefistofel arasında bir mükalimə baş verir. Allah varlığın sirrini dərk eləməyə çalışan Faustu özünün sadiq qulu adlandırır. Şeytan isə qoca Yaradanla mərcə girir ki, onun sadiq köləsini yolundan azdıra bilər. Allah ona bu istiqamətdə işləmək ixtiyarı verir.
Alim, təbib, cadugər, kimyagər, mətndə deyildiyi kimi, Ali Varlığa can atan fövqəlinsan (Nitsşeyə aparan yolların biri də, heç şübhəsiz, buradan başlanır) Faust bu arada axtarışlardan usanıb İncili alman dilinə tərcümə eləməyə girişir. Ancaq onun çevirməsi tərcümədən çox redaktəyə bənzəyir, o, ilahi kəlama özü bildiyi yozumu verir. Məsələn, İohannın (Yəhyanın) İncilindəki ilk cümlə (“Əzəl başdan söz olub”) Faustun interpretasiyasında belə səslənir: “Əzəl başdan əməl olub”.
Bunu xristianların müqəddəs kitabının Maks Veberin dediyi protestant etikasına uyğun yozumu saysaq, yəqin yanılmarıq. Bənzər işləri əvvəlki yüzilliklərdə Martin Lüter də, onun ayrı ölkələrdə yaşayan fikirdaşları da görmüşdü. Bu inqilabi dəyişiklərin bəhrələrini sonradan bütün Avropa daddı.
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

