İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü
11.11.2024 [20:57]
Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” mövzusunda panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, paneldə çıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin müdir müavini Ebru Canan-Sokullu son illərdə bir çox ali təhsil müəssisələrinin davamlılıq və iqlim dəyişiklikləri ilə əlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərini söyləyib. O bildirib ki, universitetlərdə iqlim dəyişiklikləri ilə bağlı elmi araşdırmalar aparılır: “Burada gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, yeni nəsil iqlim dəyişikliyi məsələlərinin həllində önəmli rol oynayacaq”.
Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu hesab edir ki, universitetlər növbəti nəsillərin iqlim məsələləri barəsində maarifləndirilməsinə töhfə verəcək. O bildirib ki, ali məktəblər bu mövzu ilə bağlı təcrübə və məlumatlarını artırmalıdırlar: “İqlim dəyişiklikləri ilə bağlı mütəmadi olaraq keçirdiyimiz seminarlara tələbələrlə yanaşı, vətəndaşlar da gələ bilir. Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməlidir. Davamlı ekoloji kampusların qurulması hədəfimiz olmalıdır”.
Hindistanın “GEDU Global Education” xidmətinin baş icraçı direktoru Vişvadjit Rana COP29-un enerji keçidi olduğunu vurğulayıb. O bildirib ki, yaşadığı yerdən asılı olmayaraq hər kəs yeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyə istiqamət götürə bilər.
Sonda universitetlər arası əməkdaşlıq məsələləri müzakirə olunub, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

