Yeni imtahan modeli!
02.04.2025 [08:20]
Ekoloji cəhətən səmərəli...
Onlayın imtahanların üstün cəhətləri nədir?
Bir neçə müddətdir ki, ölkəmizdə rəqəmsal imtahanlara keçid üzrə işlər görülür. Bununla əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi (DİM) və Elm və Təhsil Nazirliyi müvafiq müzakirələr aparır. Ötən ay isə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı” demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır.
M.Abbaszadə qeyd edib ki, artıq imtahanın sınaq versiyasının onlayn platforması hazırdır. Onun sözlərinə görə, imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib.
Ölkəmizdə ilk dəfə...
DİM sədri bildirib ki, 2024-cü ildə imtahanın müəllif hüquqları alınıb: “Avropa Şurasının rəsmi səhifəsinə ümum-Avropa çərçivə sənədi əsasında hazırlanmış Azərbaycan dili imtahanı haqqında sənəd əlavə edildi və proqram qəbul olundu”.
M.Abbaszadə vurğulayıb ki, imtahan kompüter əsaslıdır: “Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir”.
Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.
Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq
Bundan başqa, DİM sədri qeyd edib ki, gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsallaşdırılacaq. Onun sözlərinə görə, bu imtahanlar hələ ki, kağız variantında keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək.
Onlayn imtahanların müsbət tərəfləri...
Mövzunu “Yeni Azərbaycan”a şərh edən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, rus bölməsi üçün Azərbaycan dili imtahanlarının onlayn keçirilməsində nəzərə alınan məqamlardan biri odur ki, burada kütləvilik azdır, ona görə də DİM-in imtahanları onlayn keçirmək imkanı var: “Məlumdur ki, informasiya texnologiyaları əsrində yaşayırıq, müasir çağırışlara, yeniliklərə mütləq adekvat cavab verilməlidir. Fikrimcə, dövlətin təhsil siyasətində məhz kağız daşıyıcılardan imtina, o cümlədən ekologiyaya daha çox töhfə verməsi başlıca olaraq prioritet məsələlərdən biri kimi nəzərə alınır. Təsadüfi deyil ki, ötən il ölkəmiz COP29 kimi beynəlxalq və mühüm bir tədbirə ev sahibliyi etdi. Azərbaycan dünyada baş verən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı müəyyən qərarlar qəbul edir. Düşünürəm ki, zamanla nəinki rus bölməsi, həmçinin Azərbaycan bölməsi üçün də imtahanların kağız üzərində deyil, rəqəmsal formada həyata keçirilməsi nəzərdə tutulacaq. Bu, ekoloji cəhətən daha uyğun və səmərəli bir imtahan modelidir. Əlbəttə ki, dünyanın inkişaf etmiş ölkələrində artıq bu təcrübədən geniş istifadə olunur, bütün imtahanlar onlayn qaydada keçirilir. Belə imtahanların üstünlüyü odur ki, cavablar daha tez elan olunur, 3-4 müddət tələb edilmir. İmtahan başa çatdıqdan dərhal sonra namizədlər öz nəticələri ilə tanış ola bilirlər. Təbii ki, qarşıdakı dövr ərzində Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə paralel olaraq təkcə elektron binada deyil, eyni zamanda başqa təhsil müəssisələrində də komputerləşməni tam həyata keçirəndən sonra elektron imtahanların keçirilmə imkanı olan təhsil müəsissələrində kütləvi olaraq onlayn imtahanlar keçirməyə başlayacaqlar. Bundan sonra isə gələcəkdə həm buraxılış, həm də blok imtahanlarını elektron qaydada keçirildiyinə şahid olacağıq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30

