/ / Ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisi çap edilib
Ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisi çap edilib
23.01.2014 [10:32]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisini hazırlayaraq “Şərq-Qərb” nəşriyyatında çap etdirib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildiriblər ki, biblioqrafik göstəricinin 1-ci cildində “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyində əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə malik materiallar “Dövlətçilik, müstəqillik və demokratiya”, “Milli təhlükəsizlik”, “Ordu quruculuğu”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “İqtisadiyyat”, “Neft strategiyası”, “Aqrar siyasət”, “Elm və təhsil”, “Mədəniyyət, ədəbiyyat, dil, incəsənət”, “Bədən tərbiyəsi və idman”, “Tibb və səhiyyə”, “Milli mənəvi dəyərlər”, “Qadın və ailə”, “Uşaq və gənclər” bölmələrində, 2-ci cildində isə “Dünya azərbaycanlıları”, “Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar”, “Tarix və tarixi hadisələr”, “Azərbaycanın şəhərləri və bölgələri” bölmələrində təqdim edilir.
Ən yaxın və şanlı tariximizin araşdırılması, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki təkrarsız xidmətlərini öyrənmək üçün nəzərdə tutulan biblioqrafik göstəricidə, eyni zamanda, Ümummilli liderin səhhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini məlumatlandıran Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer verilib.
Külliyyatın buraxılışına məsul Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan - Ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” və biblioqrafik göstəricinin hazırlanması layihəsinin rəhbəri, akademik Akif Əlizadənin “XX əsrin qüdrətli siyasi lideri” məqalələri də biblioqrafik göstəricidə xüsusi yer tutur.
AMEA rəyasət heyətinin qərarı ilə çap olunan biblioqrafik göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçi-müəllifi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

