/ / Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda elmi konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda elmi konfrans keçirilib
13.11.2014 [09:56]
Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 19-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Universitet ərazi ilk təşkilatının keçirdiyi konfransı NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir.
Hüquq fənləri kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda məruzəsində diqqətə çatdırıb ki, digər mütərəqqi ölkələrin konstitusiyası ilə bir sırada duran Konstitusiyamız Azərbaycanın dövlətçilik ideyalarının hüquqi qarantıdır. Azərbaycanda ilk demokratik konstitusiyanın memarı Ümummilli lider Heydər Əliyev yeni konstitusiya layihəsini hazırlayan komissiyaya bilavasitə rəhbərlik edərək dövlətçiliyimizi möhkəmləndirəcək, hüquqi cəmiyyət quruculuğuna xidmət edəcək Əsas Qanunun yaradılmasında müstəsna rol oynayıb. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiya noyabrın 27-də qüvvəyə minib.
YAP Universitet ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Konstitusiyanın beynəlxalq əhəmiyyəti” mövzusunda məruzəsində vurğulayıb ki, Azərbaycan Konstitusiyası məzmun və struktur etibarilə təkmil və mükəmməl hüquqi sənəddir.
Konfransda Prezident təqaüdçüsü, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Surə Qurbanovanın “Naxçıvan Muxtar Respublikasında konstitusion əsaslar”, Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Leyla Şirzadzadənin “Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Ümummilli liderin Azərbaycan dövlətçiliyinin banisi və Konstitusiyamızın memarı olmasından bəhs olunub. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın gələcək perspektivlərini müəyyənləşdirən Konstitusiyada Azərbaycan dövlətinin demokratik hüquqi, dünyəvi, unitar respublika olması, ərazi toxunulmazlığı, idarəçilik prinsipləri, vətəndaşların hüquq və azadlıqları təsbit olunub.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş tələbə - gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

