AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib
14.10.2016 [10:17]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. A.Əlizadə AMEA-da aparılan elmi-tədqiqat işlərinin yekunları haqqında hesabatların hazırlanması ilə əlaqədar institutlarda və elmi bölmələrdə geniş müzakirələrin təşkil edilməsinin, mühüm elmi nəticələrin ciddi ekspertizadan keçirilməsinin vacibliyini vurğulayıb, bu məsələ ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonra A.Əlizadə oktyabrın 31-dən noyabrın 5-dək keçiriləcək Azərbaycan ikinci elm festivalının əhəmiyyətindən danışıb. Festivalın ölkədə elmin populyarlaşdırılmasında müsbət rol oynayacağı vurğulanıb.
AMEA-nın “Alimlər evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bildirib ki, festival Akademiyanın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Moskva Dövlət Universitetinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə keçiriləcək.
AMEA-nın magistraturasına növbəti tədris ili üçün qəbul planı haqqında danışan A.Əlizadə bildirib ki, Akademiyada magistratura təhsili elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biridir.
Akademiyanın Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi barədə danışıb. Bildirilib ki, Təhsil Nazirliyi bununla bağlı AMEA-ya məktub ünvanlayıb və Akademiya bu məktuba müsbət cavab verib.
Sonra iclasın gündəliyinə daxil olan məsələlər ətrafında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və digərləri çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

