“Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib
30.11.2018 [10:23]
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli zaman-zaman ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən söz açıb.
Akademik bildirib ki, 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” tarixi Fərman imzalayan Ulu öndər Heydər Əliyev bu ədalətsiz deportasiya siyasətinə dolğun siyasi-hüquqi qiymət verib.
İsa Həbibbəyli Qafqazşünaslıq İnstitutunun fəaliyyətə başladığı qısa müddətdə xeyli uğurlu işlər gördüyünü deyib, irəli sürdüyü problemlərin araşdırılmasına gənc tədqiqatçıların xüsusi maraq göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Konfransın mövzusunun hər zaman xalqımız üçün aktual və vacib olduğunu qeyd edən akademik tariximizin acı, qanlı səhifələri olan soyqırımı və deportasiyaların gənc tədqiqatçılar tərəfindən öyrənilməsini müsbət dəyərləndirib. Bildirilib ki, konfrans Qafqazda müxtəlif xalqlara qarşı həyata keçirilən deportasiyaların tədqiqində tarixi əhəmiyyətli faktların ortaya çıxarılmasında, bununla bağlı sənədlərin ümumiləşdirilməsində, bu sahə üzrə məşğul olan tarixçi və gənc alimlərin bir araya gəlməsində böyük əhəmiyyət daşıyır. Akademik konfransın bu mövzuda elmi nəticələrin əldə olunmasına müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “XX əsrin 40-cı illərində beynəlxalq şərait və Qafqazda deportasiyalar” mövzusunda məruzə ilə çıxış edib. Bu il azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin 70 ilinin tamam olduğunu söyləyən M.Qasımlı bununla bağlı 1997-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncam imzaladığını xatırladıb. Şimali Qafqazda və Qara dəniz sahillərində müxtəlif xalqlara qarşı deportasiya siyasətinin həyata keçirildiyini diqqətə çatdıran alim konfransa Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən, ali məktəblərindən alim və gənc tədqiqatçıların qatıldığını söyləyib. Konfransa gənc tədqiqatçıların xüsusi maraq göstərdiklərini bildirən M.Qasımlı tədbirə Rusiya və Ukraynadan da tezislərin göndərildiyini söyləyib. O, konfransın deportasiyalarla bərabər, müasir dövrdə bəzi problemlərin öyrənilməsində də faydalı olacağına əminliyini bildirib.
M.Qasımlı məruzəsində Qafqazda deportasiyalardan, həmçinin 40-cı illərin deportasiyalarının təməl prinsiplərindən söz açıb, onları tarixi, siyasi baxımdan təhlil edərək faktlarla diqqətə çatdırıb.
Sonra konfrans işini “Cənubi Qafqazda deportasiyalar”, “Şimali Qafqazda deportasiyalar” və digər mövzularda bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələrinə həsr edilən məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.
Konfransda AMEA-nın institutlarından, təhsil müəssisələrindən yüzə yaxın alim və tədqiqatçı, müxtəlif universitetlərdə qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

