/ / Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19.04.2019 [10:24]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, dəyirmi masanı institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan tarixinin aktual dövrlərinə - Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Azərbaycan Xalq Cümhuriyyəti-İran diplomatik münasibətləri, Dağlıq Qarabağ və digər mövzulara həsr olunmuş kitablarının çapdan çıxdığını söyləyib. Qeyd edib ki, akademikin sözügedən əsərlərində Azərbaycan tarixinin mahiyyəti araşdırılıb, onun məna və məzmunu üzə çıxarılıb, həmçinin elmi dövriyyəyə nadir tarixi sənədlər, yeni mənbələr daxil edilib.
“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında müəllifin xanlıqların taleyini təfərrüatı ilə təsvir etdiyini deyən professor İlham Məmmədzadə bildirib ki, əsərdə, həmçinin ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə köçürülməsi erməni tarixçilərin əsərlərindən faktlar gətirilməklə oxucuya təqdim olunur. Kitabda tədqiqatçılara tövsiyələr verilir, tarixi araşdırmaların necə aparılmalı olduğu, tarixi material və mənbələrin hansı rol oynadığı, tarixi geosiyasi münasibətləri dərk etməyin nə qədər vacib olduğu izah edilir. Əsərin filosoflar üçün qiymətli mənbə olduğunu deyən professor İlham Məmmədzadə fəlsəfi ümumiləşdirmə və yanaşmalarla Azərbaycan tarixinin müxtəlif dövrlərini anlamaq və onun mahiyyətini aşkar etməyin mümkün ola biləcəyini vurğulayıb.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” və fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadənin “Xanlıqlar institutunun siyasi-ideoloji xəritəsi yazılan sənədlərdə” mövzularında məruzələri dinlənilib.
Tədbirdə, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Fəlsəfə İnstitutunun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, fəlsəfə elmləri doktorları - Füzuli Qurbanov, Əlikram Tağıyev, Arif Bünyadov və fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli çıxış edərək xanlıqlar dövrünün Azərbaycan tarixində mühüm yer tutduğunu söyləyib, əsərdə sənədlərdən və tarixi məxəzlərdən istifadə olunmasını yüksək qiymətləndiriblər. Bundan əlavə, SSRİ dövründə Azərbaycan tarixinin təhrif edildiyi bildirilib, nəşrin tarixi həqiqətləri üzə çıxarması, cəmiyyətin, xüsusilə də gənclərin maarifləndirilməsi baxımından önəmi qeyd edilib.
Vurğulanıb ki, akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

