Ermənistan etiraf etdi…
12.04.2024 [22:00]
Azərbaycan - Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər
Xəbər verildiyi kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib. Bu barədə məlumat yayan Ermənistan MTX bildirib ki, hazırda faktla bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın NerkinXnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundann atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yarananıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
Baş verən bu hadisə və onun nəticələri bəzi nüanslardan xəbərverir. Son aylarda baş verən bu tipli hadisələrin motivinə nəzər. yetirdikdə məlum olur ki, Ermənistan Azərbaycan ərazisini atəşə tutmaq üçün sanki fürsət gözləyir. Bu kimi təxribatlar isə ümumilikdə müsbət perspektiv vəd etmir. Bir neçə ay öncə Zəngilan istiqamətində bu ölkənin Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdı. Baş verənlərdən çıxan nəticə isə onu deməyə əsas verirdi ki, qarşı tərəfi 2023-cü ilin sentyabr ayından bəri yaşanan sabitlik qane etmir və rəsmi İrəvan yenimüharibə axtarışındadır.
Növbəti qələbə…
Amma Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması məsələnin mahiyyətinə yeni ştrixlər qazandırıb. O baxımdan ki, fevral ayında baş vermiş təxribat layiqincə cavablandırılmışdı – indiki halda isə Azərbaycan yenə də başqa addımlar da ata bilərdi. Amma gözlənti o idi ki, Ermənistan araşdırsın və nəticəsini bəyan etsin. Çünki aylardır ki, sərhədə canlı qüvvə yığan, öz himayədarları tərəfindən aktiv şəkildə silahlandırılan, hətta müharibə anonsları səsləndirən Ermənistanın nə etmək istədiyi bəlli deyildi – Azərbaycan səbrlə məsələnin nəticəsini gözlədi. Ermənistanın atəşkəsi pozmasını etiraf etməsi, ardından isə həmin hərbçilərə cinayət işi açması Azərbaycanın növbəti qələbəsidir. Azərbaycan dövləti birmınalı şəkildə münasibətlərin hüquq müstəvisində araşdırılmasının tərəfdarı qismində çıxış edir. Baş verən inesidentin də məhz hüquq müstəvisində araşdırılması, Ermənistanın baş verənlərdə öz günahını etiraf etməsi bir sıraməqamlardan xəbər verir.
Təhrikçi Fransa "mat" qaldı…
Qeyd edildiyi kimi, son aylarda baş verən insidentlərin baş verməsinin əsas təhrikçisi rolunda Fransa çıxış edir. Parisin niyyəti isə bəllidir - bu təxribatlar Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbə vurmağa hesablanıb. Ötənilin sonundan bu ilin əvvəlinə kimi sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil etməsi gözdən yayınmır – Fransaya da məhz belə bir mühit lazımdır. Eyni zamanda, bu kimi təxribatların məhz Ermənistanda Fransanın əli ilə yerləşdirilən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə həyata keçirdiyi ərazidə baş verməsi bu məqsəd və məramları açıq şəkildə ortaya qoyur. Paris tərəfləri mümkün qədər sülhdən uzaq salmağa çalışır ki, bunun da yolunu məhz bu kimi təxribatlarda görür.
Ermənistan isə həmin hərbiçilərə cinayət işi açmaqla Parisin"planlarını" pozdu. Eyni zamanda, bu addım mühüm birhəqiqətin üstünə növbəti dəfə işıq salmış oldu: Azərbaycan -Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər. İki dövlət arasında həll olunası bütün məsələlər məhz ikitərəfli xarakter daşıyır. Fransa, ABŞ vəbaşqa "araqarışdıranlar" prosesdən uzaq durmaqla ən böyük"köməyi" etmiş olarlar. İrəvan anlamalıdır ki, ona "köməketdiyini" deyənlər əslində sülhü və sabitliyi pozmağı hədəfləyənlərdir. Baş verən son hadisə bunun ən real misalı kimi yadda qaldı…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10

