Şəhid ailələrinin bütün problemləri öz həllini tapır
19.07.2024 [09:50]
Məlum olduğu kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklər təsdiq edilib. Yeni dəyişikliklərə əsasən, şəhid ailələri üçün yeni güzəşt hüququ qüvvəyə minib. Belə ki, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək. Əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Yeni dəyişikliklər isə şəhidin statusu olmayan ailə üzvlərinin də mənzil ilə təminat hüququndan istifadə etməsinə imkan verəcək.
Qanuna edilmiş dəyişikliklər şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımdan mühüm əhəmiyyət kəsb edir və son illərdə dövlətin yürütdüyü sosial siyasətin uğurlarının təzahürüdür. Hazırda Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub və bu qəradan sonra mənzil təminatı üzrə tədbirlər daha da genişlənəcək. Bu kateqoriyadan olan bütün vətəndaşlarımızın 2025-ci ilin sonunadək mənzillə təmin olunması öz həllini tapacaq.
Bu addım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ilə bağlı ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm təzahürlərindən biri hesab oluna bilər. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.
Qeyd edək ki, ötən ay Milli Məclis tərəfindən təsdiq edilən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsində də bu kateqoriyadan olan insanların mənzil-yaşayış sahəsi ilə bağlı güzəştlər öz əksini tapıb. Əvvəlki qanunvericilik sənədində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmadığından yaşayış sahəsinin uçotu ilə bağlı bir sıra uyğunsuzluqlara yol açırdı. Qanun layihəsinə dəyişikliklərdən sonra bu uyğunsuzluq da aradan qaldırıldı və həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma öz həllini tapdı.
Dövlətimizin ərazi bütövlüyümüzün təmin olunmasında canını fəda etmiş şəhidlərimizin ailələrinə əlavə güzəştlərin edilməsi üçün qanunvericilikdə bir neçə dəfə dəyişikliklər olunub. Ötən illərdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna bir neçə dəfə dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, ailəsinin üzvü hesab edilmə halları artırılıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab ediliblər.
Həmçinin, ötən illərdə qanunda edilmiş digər dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılıb. Belə ki, dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunublar.
44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra bu istiqamətdə daha əhatəli sosial əhəmiyyətli addımlar atılıb, büdcənin imkanları artdıqca bu sosial kateqoriayaya aid şəxslərin müavinətlərinin artımı həyata keçirilib. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanda da dəyişiklik edilərək şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Bundan başqa, şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə müavinət müəyyən edilib.
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin elektron reyestiri yaradılıb ki, bu da həmin şəxslər barədə vahid informasiya bazasının təmin edilməsinə və daha çevik və operativ sosial xidmətlər göstərməyə imkan verməkdədir.
Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarda, Əmək və Vergi Məcəllələrinə dəyişikliklər edilməsi nəticəsində sosial güzəştlər tətbiq olulub. Belə ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının və ərlərinin və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri, əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsidir.
Beləliklə, çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində qayğı ilə əhatə olunmuş şəhid ailələrinin davamlı olaraq bütün problemləri, o cümlədən mənzil qayğıları dövlətin xüsusi nəzarətində saxlanılmaqla ardıcıl qaydada öz həllini tapır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

