Azərbaycan - Afrika münasibətləri yeni mərhələdə
01.03.2025 [07:53]
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorlu olması ilə səciyyələnir. Ölkəmiz beynəlxalq birlik tərəfindən heç kimdən asılı olmayan, eyni zamanda, davamlı şəkildə qlobal həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verən ləyaqətli və xoşməramlı dövlət kimi tanınır. Bunun təsdiqi olaraq Azərbaycanın dünya miqyasında dostlarının sayının artması qürurverici haldır.
Afrika qitəsi ölkələri ilə siyasi dialoqun güclənməsi
Bu kontekstdə Azərbaycanla Afrika qitəsi ölkələri arasında siyasi dialoqun yüksələn xətlə inkişafı xüsusi diqqət çəkir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, dinamik inkişafı və güclü potensialı, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları respublikamıza səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə ediblər. Elə bu günlərdə Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo respublikamızda rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli gündəliyə aid müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb. Eyni zamanda, ikitərəfli siyasi dialoqun getdikcə yüksələn səviyyəsindən məmnunluqlarını bildirən prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrinin intensivləşməsindən söhbət açarkən ölkəmizin Qoşulmama Hərəkatında (QH) uğurlu təmsilçiliyinin önəmini ayrıca qeyd etmək lazımdır. Respublikamızın Afrika dövlətləri ilə əlaqələrinin dinamik inkişafı Azərbaycanın QH-na sədrliyi dönəminə təsadüf edir. Ölkəmizin beynəlxalq təsisata 2019-cu ildə başlayan sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul etdi. Respublikamızın quruma uğurlu sədrliyi dönəmində QH-nın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Ötən ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı ali səviyyədə təmaslar və müzakiələrin aparılması üçün növbəti fürsət oldu. Həmin görüşlər, həmçinin son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətləri müəyyənləşdirdi.
Ötən il aprelin 4-5-də Konqo Prezidenti Deni Sassu-Nqessonun, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfərləri zamanı ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı. Bütün bunlar isə Azərbaycanla Afrika qitəsi dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.
Azərbaycan ümid yeridir
Afrika qitəsi ölkələrinin Azərbaycana artan marağını şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Bu maraq həmçinin respublikamızın təşəbbüsləri əsasında müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq səviyyədə müqavimət hərəkatının formalaşmasından qaynaqlanır.
Müstəmləkəçilik keçmişin eybəcər qalığıdır. XXI əsrdə dövlətlər öz siyasətlərində sümürməçiliyə yol verməməlidirlər. Belə prinsipial mövqedən çıxış edən Azərbaycan Fransanın hələ də neokolonial hökmranlıq siyasətindən əziyyət çəkən keçmiş müstəmləkə ölkələrinin, o cümlədən Afrikada yerləşən Niger, Mali, Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz hüquqları və suverenlikləri uğrunda, həmçinin fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəyə dəstək verməkdədir. Artıq Bakı şəhəri Fransa tərəfindən hüquqları tapdanan ölkələrin və azsaylı xalqların öz azadlıqları uğrunda bir araya gəldiyi beynəlxalq platformaya çevrilib.
Qvineya-Bisauda ölkəmizə artan maraq
Qitənin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərən ölkələrindən biri də Qvineya-Bisaudur. Respublikamızla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. Qvineya-Bisau Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Qvineya-Bisaunun Prezidenti Umaro Moktar Sissoko Embalo bundan əvvəl ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Eyni zamanda, digər səviyyələrdə təmaslar da davam etdirilir. Prezident Umaro Moktar Sissoko Embalonun Azərbaycana budəfəki səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

