/ / Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib
Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib
27.05.2025 [19:54]
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Qarabağa və Şərqi Zəngəzura səfərindən məmnunluğunu bildirən Məhəmməd Şahbaz Şərif bu səfərin Pakistanın “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğunu vurğuladı.
Qonaq Azərbaycanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Eyni zamanda, Pakistanın Baş naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu deyərək, bu münasibətlə də dövlətimizin başçısına və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərini çatdırdı. Baş nazir bu ərazilərin təbiətinin gözəlliyinə toxunaraq, buranın gələcəkdə möhtəşəm, cəlbedici turizm məkanlarından birinə çevriləcəyini qeyd etdi.
Dövlətimizin başçısı bu ərazilərin 30 il ərzində işğal altında olduğunu xatırladaraq, Laçının 1992-ci ildə Azərbaycanın ilk işğal edilən rayonlarından biri olduğunu dedi. Prezident İlham Əliyev işğal zamanı Laçının ermənilər tərəfindən darmadağın edildiyini, işğal olunmuş digər ərazilərin dinc sakinləri kimi, Laçın sakinlərinin də etnik təmizləməyə məruz qaldıqlarını vurğuladı. Dövlətimizin başçısı indi Laçında bərpa və quruculuq işlərinin aparıldığını diqqətə çatdırdı.
Məhəmməd Şahbaz Şərif Cənubi Asiya regionunda Hindistan ilə Pakistan arasında atəşkəsin əldə edildiyini bildirdi, Pakistanın regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu dedi.
Dövlətimizin başçısı da regionda sülhün və atəşkəsin əldə olunmasından məmnunluğunu bildirərək, bütün məsələlərin dialoq yolu ilə həllinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğuladı.
Görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, həmçinin elm, təhsil və yüksək texnologiyalar, tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Söhbət əsnasında məmnunluqla qeyd olundu ki, Azərbaycanla Pakistan arasında bu ikitərəfli görüşdən sonra mayın 28-də Laçında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında da görüş keçiriləcək. Bildirildi ki, bu görüş ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürü olacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

