Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

19.06.2025 [11:02]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.

Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.

Görüşdə SOCAR ilə bp arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Paylaş:
Baxılıb: 274 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31