Etimadın ünvanı-Azərbaycan
15.07.2025 [10:56]
Beynəlxalq təşkilatlarda qazanılan uğurlar dövlətimizin yüksək nüfuzunun göstəricisidir
Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda yeni çağırışlar meydana gəlir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Nüfuzlu və etibarlı tərəfdaş
Regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil dövlətimizin beynəlxalq təşkilatlarda təmsilçiliyində də mühüm rol oynayır.
Son 40 gündə qazanılan 6 beynəlxalq uğur
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən dövlətimizə artan etimadın bariz göstəricisidir. Belə ki, Azərbaycan Respublikası və onun vətəndaşları aşağıda göstərilən beynəlxalq səviyyəli seçkilərdə qalib gəliblər: BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə), BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə), UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə), BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə), BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.
Əlbəttə, bu fakt hər bir vətəndaş üçün qürurvericidir. Bu, o deməkdir ki, Azərbaycan dünyada nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Hazırda Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu isə ölkəmizin dostlarının və tərəfdaşlarının sayının artmasını şərtləndirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, heç bir mərkəzdən asılı deyil, öz geosiyasi iradəsi əsasında strateji kursunu uğurla davam etdirir. Buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.
Hələ 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv (2012-2013-cü illər) seçilməsi, eləcə də dörd il Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunu təsdiqləyirdi. Təqdirəlayiq haldır ki, bu uğurlar son illər daha da artmaqdadır.
Nailiyyətlər davamlıdır
Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.
Beləliklə, müasir dünya dövlətlərdən dəyişən şəraitdə dayanıqlı əlaqələr qurmaq üçün çeviklik, uzaqgörənlik və strateji düşüncə tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran, enerji və nəqliyyat baxımından strateji əhəmiyyətini təmin edən, Avropa, Balkanlar, Mərkəzi Asiya, türk və islam dünyası ilə tərəfdaşlığı dərinləşdirən, regional təhlükəsizliyə töhfə verən və iqtisadi inkişaf üçün yeni imkanlar açan müdrik və praqmatik xarici siyasət nümunəsi göstərir. Son 40 gündə beynəlxalq təşkilatlar müstəvisində əldə olunan sözügedən uğurlar da qazanılan nailiyyətlərin davamlılığından xəbər verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29

