/ / Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədrini və onu müşayiət edən konqresmenləri qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədrini və onu müşayiət edən konqresmenləri qəbul edib
22.04.2014 [09:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul edib.
Konqresmen Ed Roys Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib və bundan məmnunluğunu ifadə edib. Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını də yüksək dəyərləndiriblər.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcbur köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd edib.
Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirilib, səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edilib, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

