Azərbaycan Prezidenti İlham Əliyev Qazax və Ağstafa rayonlarına səfər edib
20.10.2016 [10:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevə abidənin ətrafında salınan Heydər Parkında aparılan abadlıq-quruculuq işləri, həmçinin son illərdə rayonda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Həmin gün Qazax-Kosalar avtomobil yolu yenidənqurma və əsaslı bərpadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub.
Dövlətimizin başçısı ərazidə məhdud məsuliyyətli cəmiyyət üçün inşa olunan inzibati binada yaradılan şəraitlə tanış olub.
Sonra müəssisənin kollektivi və Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bu cür müəssisələrin ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını bildirib. Burada yetişdiriləcək məhsulların ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyini deyən dövlətimizin başçısı kartof, taxıl və şəkər çuğundurunun əkininin genişləndirilməsinin əhəmiyyətindən danışıb, münbit torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev bundan sonra da sahibkarlara dövlət dəstəyinin davam etdiriləcəyini deyərək bildirib ki, kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir, bu sırada elektrik enerjisi ilə təminat diqqət mərkəzində saxlanılır.
Müəssisə kollektivinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər, bu cür müəssisələrin rayonun inkişafında, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm rol oynadığını vurğulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Sonra Prezident İlham Əliyevə foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə görülən işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı “Daş Salahlı” yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısı 35 və 6 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə “Saloğlu” mebel fabrikinin məhsullarına baxıb, müəssisənin yeni layihələri ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev “Modern” mebel fabrikini işə salıb.
Şirkətin təsisçisi Tacəddin Mustafayev Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verib.
Dövlətimizin başçısı yeni fabrikin təməlini qoyub.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev şagirdlərin ifasını dinləyib.
Sonda xatirə şəkli çəkdirilib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev səfər çərçivəsində “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl dəyirmanının təməlqoyma mərasimində iştirak edib.
“Ağstafa Aqroservis” MMC-nin müşahidə şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına məlumat verib ki, taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub.
Dövlətimizin başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verilib.
Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub.
Dövlətimizin başçısı burada hazır məhsul anbarına da baxıb.
Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.
Şirkətin rəhbəri Əbülfəz Qafarov Prezident İlham Əliyevə məlumat verib ki, sənaye parkının istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir. Hazırda 9 müəssisənin və istixana kompleksinin inşası başa çatdırılıb.
Sonra dövlətimizin başçısı müəssisələrin və istixana kompleksinin açılışını edib.
Prezident İlham Əliyev yeni müəssisələrlə tanış olub.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşüb.
Dövlətimizin başçısı Ağstafada yeni sənaye kompleksinin işə düşməsini əlamətdar hadisə kimi dəyərləndirib və bu müəssisənin yeni iş yerlərinin yaradılması, həmçinin daxili bazarın istehlak mallarına olan tələbatının ödənilməsi və ixracyönümlü məhsulların artırılması baxımından mühüm rolundan danışıb. Belə sənaye müəssisəsinin regionda açılması təşəbbüsünü yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkədə sahibkarlar üçün yaradılan şəraitin qeyri-neft sektorunun inkişafına təsirindən, rəqabətqabiliyyətli məhsulların istehsalının artmasındakı rolundan bəhs edib. Prezident İlham Əliyev Ağstafada sosial problemlərin, o cümlədən əhalinin su, qaz, elektrik enerjisi ilə təchizatı məsələlərinin həllinə toxunub, kənd yollarının yenidən qurulmasının uğurla davam etdirildiyini vurğulayıb. İndi əsas diqqətin sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəldiyini bildirən dövlətimizin başçısı bu sahədə regionlarda görülən işlərin mühüm önəm daşıdığını deyib.
“Karvan L” şirkətinin rəhbəri Əbülfəz Qafarov, müəssisənin işçiləri Xanlar Hacıyev, Yaylaq Abdullayeva, rayon sakini İbrahim Əliyev müəssisənin fəaliyyətinə verdiyi yüksək qiymətə, bütövlükdə Ağstafanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxElm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31

