Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri başa çatıb

14.10.2009 [09:49]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına rəsmi səfəri başa çatıb.
Azərbaycan-İordaniya əlaqələrinin uğurlu inkişafında Prezident İlham Əliyev ilə Kral əlahəzrət II Abdullah ibn əl-Hüseynin şəxsi dostluğu da mühüm rol oynayır. Məhz Azərbaycan Prezidenti ilə şəxsi dostluğuna, eləcə də Azərbaycan-İordaniya əməkdaşlığına verdiyi yüksək önəmin bariz nümunəsi olaraq Kral əlahəzrət II Abdullah ibn əl-Hüseyn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vətənə yola salmaq üçün dövlətimizin başçısı üçün ayrılmış iqamətgaha gəlib.
Kral Azərbaycanın dövlət başçısını hava limanına özü maşının sükanı arxasına keçərək müşayiət edib.
Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Marka Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edilib.
Prezident İlham Əliyevi və xanımını İordaniya Kralı II Abdullah yola salıb.
Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb. Azərbaycan Prezidenti İlham Əliyevi Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31