Bakı İslam mədəniyyətinin təbliğində Şərq ilə Qərb arasında etibarlı körpüdür
15.10.2009 [09:41]
Dünən Prezident İlham Əliyev “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul edib.
Prezident İlham Əliyev Bakıda keçirilən konfransı, müzakirə olunan məsələləri və qəbul edilən qərarları ölkələr arasında münasibətlərin və İslam həmrəyliyinin möhkəmləndirilməsində mühüm hadisə kimi səciyyələndirib.
Dövlətimizin başçısı qeyd edib ki, belə tədbirlər, eyni zamanda, təmsil olunan ölkələrin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində də vacib amildir. İKT üzvü olan ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini yaxşı hal kimi dəyərləndirən Prezident İlham Əliyev ötən il BMT Baş Məclisində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən qərarın qəbulunda İslam ölkələrinin xidmətini xüsusi vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən dövlətimizin başçısı bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etmələri barədə qəbul etdiyi 4 qətnaməyə Ermənistan tərəfindən məhəl qoyulmadığını diqqətə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan edən Prezident İlham Əliyev deyib ki, yalnız bu halda regionda sülh və sabitliyə nail olmaq mümkündür.
Dövlətimizin başçısı milli, dini və mədəni dəyərlərinə sadiq qalan Azərbaycanda müstəqillik bərpa olunandan sonra mədəniyyət sahəsində görülən işlər barədə məlumat verib və əlavə edib ki, indi ölkənin bütün mədəniyyət ocaqları bərpa edilir, yeni muzeylər tikilir. Prezident İlham Əliyev bildirib ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması bizim üçün böyük şərəfdir. Bununla bağlı paytaxtımızda müxtəlif tədbirlər keçirilir. Bu da Şərq ilə Qərb arasında yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa davamlı töhfəsinin bir nümayişidir.
Prezident İlham Əliyev nümayəndələrdən Onun salamlarını təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib.
İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfrans nümayəndələrinə göstərilən böyük diqqətə və bütövlükdə İKT-nin və İSESKO-nun fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinin başçısına görüş iştirakçıları adından minnətdarlığını bildirib.
Azərbaycan xalqı öz mədəniyyəti ilə fəxr etməlidir, - deyən Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə qurulmasında və inkişaf etdirilməsində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Qonaq, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bundan sonra da öz dəstəklərini əsirgəməyəcəklərini söyləyib.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz Xoca Mühiddin ölkəsinin rəhbərinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O, Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkili ilə bağlı görüş iştirakçılarının təəssüratlarını bildirib. Müsəlman qardaş və bacıların bu toplantıda bir araya gəlməsini İslam mədəniyyətinin təbliğində mühüm addım hesab edən Əbdüləziz Xoca Mühiddin ölkəsinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.
Əlcəzairin mədəniyyət naziri xanım Xalida Toumi də konfransın yüksək səviyyədə təşkilinə görə İslam Konfransı Təşkilatının və tədbirdə iştirak edən digər beynəlxalq təşkilatların nümayəndələri adından Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan xalqı qüdrətli bir xalq olduğunu sübut edib və öz mədəniyyətini inkişaf etdirməklə yanaşı, İslam mədəniyyətinə töhfə vermək gücünü də uğurla nümayiş etdirir.
Suriyanın mədəniyyət naziri Riyad Hassan Ağa bir neçə il əvvəl Bakıda olduğunu xatırladıb və ötən dövrdə paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. O, qədim mədəniyyətə malik Azərbaycan paytaxtının İslam mədəniyyətinin təbliğində Şərq ilə Qərb arasında etibarlı körpü olduğunu deyib. Qonaq Bakıda tez-tez mühüm tədbirlərin keçirilməsini Azərbaycanın dünya birliyində layiqli yer tutması ilə əlaqələndirib.
Nazir Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb.
Prezident İlham Əliyev Bakıda davam edən konfransı dostluq və qardaşlıq günləri kimi dəyərləndirib. Tarixin müxtəlif dövrlərində təcavüzlərə məruz qalmış və müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmuş Azərbaycan xalqının öz milli mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayan dövlətimizin başçısı müstəqillik dövründə Azərbaycanda minə qədər məscidin tikildiyini diqqətə çatdırıb. “Biz çalışırıq ki, bütün ölkələr kimi müsəlman dövlətləri ilə də münasibətlərimizi yüksək səviyyədə quraq”, - deyən Prezident İlham Əliyev mədəni əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. İslam mədəniyyəti ilə bağlı Azərbaycanda təşkil olunan müxtəlif tədbirlər barədə məlumat verən Prezident İlham Əliyev buna nümunə olaraq bu günlərdə Bakıda beynəlxalq İbn Ərəbi simpoziumunun da yüksək səviyyədə keçdiyini deyib. Belə tədbirlərin Bakıda keçirilməsini İslam həmrəyliyinə verdiyi dəstəyə görə Azərbaycana göstərilən etimadın təzahürü kimi dəyərləndirib.
Dövlətimizin başçısı İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında qəbul olunan qərarların İslam birliyinin daha da möhkəmlənməsinə töhfə olacağına əminliyini ifadə edib. Azərbaycan Prezidentinə İKT və İSESKO adından xatirə hədiyyəsi təqdim edilib. Sonda Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30

