Prezident İlham Əliyevin və Prezident Dmitri Medvedevin görüşü olub
25.11.2009 [10:17]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Ulyanovskda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olub. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan dövlətinin başçısına müraciətlə deyib: “Hörmətli İlham Heydər oğlu! Sizi bir daha salamlamaq istərdim. Az qala deyəcəkdim Moskvada. Amma biz Moskvada deyilik, Sizinlə bərabər bizim mərkəzlərin birində - Ulyanovskdayıq. Bu məkan bir tərəfdən ənənəvi Rusiya məkanıdır, digər tərəfdən, Heydər Əliyevin fəaliyyəti ilə görünməz tellərlə bağlıdır. İndicə Sizinlə bərabər iki tədbirdə iştirak etdik, həmin tədbirlərlə əlaqədar Heydər Əliyevin adı, onun xatirəsi Ulyanovsk şəhərinin, Ulyanovsk vilayətinin sakinləri üçün çox dəyərlidir. O cümlədən təməli 25 il bundan əvvəl qoyulmuş, lakin müxtəlif səbəblər üzündən tikintisi çox uzanmış körpünün açılışında olduq. çox sağ olun ki, gəlmisiniz, körpünün açılışında iştirak etdiniz. Heydər Əliyevin adını daşıyan meydan və onun abidəsi - bütün bunlar həqiqətən bizim dostluğumuzun rəmzləridir. İndicə biz Sizinlə bu barədə danışırdıq. Bunlar postsovet məkanında dövlətlərin münasibətlərini necə qurmaq lazım olmasının rəmzləridir. Məncə bu, çox yaxşı haldır ki, Sizinlə təkcə paytaxtlarda, təkcə Moskvada, Bakıda və ya hər hansı başqa iri şəhərlərdə deyil, həm də bizim ucqarlarda görüşə, dövlətlərarası iqtisadi münasibətlərimizi, regional problemləri, o cümlədən mürəkkəb regional problemləri müzakirə edə bilirik. Ulyanovsk böyük şəhərdir, bunu Sizinlə bərabər yəqin etdik. Buna görə də sağ olun ki, gəlmisiniz. Sizinlə təqdimat tədbirlərindən əlavə söhbətlər üçün daha bir ayrıca gündəlik vardır. Sizi bir daha salamlayıram”.
Azərbaycan Prezidenti İlham Əliyev təşəkkür edərək deyib: “çox sağ olun, Dmitri Anatolyeviç. İlk növbədə, məni Ulyanovska dəvət etdiyinizə görə, bugünkü günə görə sağ olun. Şübhəsiz, bu gün ölkələrimiz arasında münasibətlərin tarixinə daxil olacaqdır. çünki bu gün biz həm Ulyanovsk sakinlərinə, həm də bizim vətəndaşlara çox əziz olan tədbirlərdə birgə iştirak etmişik. Sovet dövlətinin inkişafının Heydər Əliyevin adı ilə bağlı səhifələri çoxdur. O, hökumət sədrinin müavini olduğu dövrdə dəfələrlə buraya gəlmişdir. Bu gün artıq dediyim kimi həm xoş günlərdə, həm də ağır günlərdə o, həmişə xalqın yanında idi. Burada onun xatirəsini əziz tuturlar. Mən bunu bu gün bu şəhərin vətəndaşları ilə, sakinlərlə ünsiyyət zamanı gördüm. Bu, çox dəyərli məqamdır. Bu, bizim münasibətlərin göstəricisi, bu münasibətlərin inkişaf səviyyəsinin göstəricisidir. Mənə çox xoşdur ki, bu münasibətlər olduqca dinamik, səmərəli inkişaf edir. Biz həm rəsmi səfərlər çərçivəsində, həm də bu cür qısa, lakin mahiyyətcə heç də az məhsuldar olmayan işgüzar səfərlərin gedişində tez-tez görüşürük. Mənim fikrimcə, bu gün biz ikitərəfli münasibətlərə, regional inkişafa dair bütün mühüm məsələləri, ölkələrimizin gələcək münasibətləri ilə bağlı məsələləri müzakirə edəcəyik. ümidvaram ki, bizim tərəfdaşlıq, mehriban qonşuluq, dostluq əlaqələri kimi səciyyələndirdiyimiz bu əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi yollarını müəyyən edəcəyik. Bu gün şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə dediyim kimi, əgər bütün qonşular arasında münasibətlər bu cür olsaydı, dünyada problemlər olmazdı. Buna görə də ümid edirəm ki, bu gün də səmərəli işləyəcək və irəliyə doğru gedəcəyik. Dəvət üçün bir daha sağ olun”.
Xəbər lenti
Hamısına baxAnalitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50

