Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə...
16.02.2022 [10:09]
Xalqımızın ümumbəşəri dəyərlərə, tarixi, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə tarixi, dini-mədəni irsin və abidələrin bərpasından bəhs etdi. “Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır”, - deyən dövlət başçısı artıq bütün tədqiqatların aparıldığını, mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcəyini bildirdi. İlham Əliyev vurğuladı ki, azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. “Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır”,-deyən Azərbaycan Prezidenti söylədi ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür: “Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir”.
Ümummilli Liderimizin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün regionda - Cənubi Qafqazda ən böyük təşkilat kimi öz çoxşaxəli, xoşməramlı, yaradıcı - qurucu fəaliyyətini uğurla davam etdirir. Fondun genişmiqyaslı və beynəlxalq əhəmiyyətli fəaliyyəti, müxtəlif sahələri əhatə edən layihələrin reallaşdırılması, heç şübhəsiz, ictimai-sosial, tarixi, mədəni, humanitar nöqteyi-nəzərdən böyük önəm daşıyır. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, erməni yalanlarının ifşasına, milli maraqların dünya arenasında qorunmasına öz töhfəsini verir. Cənubi Qafqazın ən böyük xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən layihələr, həmçinin xalqımızın mənəvi dəyərlərinin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərlik ruhunda yetişməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, Fondun multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiq hal kimi ölkəmizdə və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.
Çox mühüm məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən quruculuq işlərinin görülməsi, tarixi, dini və mədəni abidələrin bərpasıdır. Bu, bir neçə cəhətdən çox önəmlidir, xüsusilə də tarixi irsin qorunması, milli mədəni-mənəvi dəyərlərin bərpası, Böyük Qayıdış prosesinin və layiqli-dayanıqlı məskunlaşmanın təmin olunması baxımından. İşğaldan azad edilmiş ərazilərdə başlanılan işlərə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də dəvət olunması, bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislərin iştirakı qarşıya qoyulan hədəflərin zamanında və yüksək səviyyədə reallaşmasına imkan verir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi isə Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Bunlarla yanaşı, Fond tərəfindən bəhs olunan ərazilərdə tarixi və mədəni abidələrin bərpası milli mədəniyyətimizin qorunması, dəyərlərimizin, ənənələrimizin yeni və gələcək nəsillərə çatdırılması üçün böyük önəmə malikdir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, Molla Pənah Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən ucaldılması və digər faktlar bu baxımdan xüsusi qeyd edilməlidir.
Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal və mühüm rol oynaması isə xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu tədbirlər - görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalararası dialoqun inkişafına töhfəsi kimi də dəyərləndirilir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına, müsbət beynəlxalq imicinin güclənməsinə, xalqlararası əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Bu, həmçinin Azərbaycan reallıqlarının təbliği olmaqla yanaşı, xalqımıza, dövlətimizə qarşı qara piar kampaniyasının iflasa uğradılması baxımından vacibdir.
Heydər Əliyev Fondunun missiyası, coğrafi sərhədləri aşan xoşməramlı fəaliyyəti beynəlxalq arenada - geniş qlobal platformada olduqca yüksək qiymətləndirilir, Azərbaycanın bəşər sivilizasiyasının mənəvi xəzinəsinin zənginləşməsinə vacib töhfəsi kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxGündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42

