Türkiyə-Azərbaycan birliyi bölgədə sülhün qarantıdır
18.05.2022 [09:54]
Mustafa Şentop: Qlobal iştirakçılar regional problemlərin həlli yolunu tapmırlar
NURLAN
Azərbaycanın xarici siyasət kursu çoxvektorludur və milli maraqlara əsaslanır. Məqsəd ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirmək, dostların və tərəfdaşların sayının artmasına, ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə nail olmaqdır. Bunun üçün ayrı-ayrı ölkələrlə münasibətlərin gücləndirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyə də xüsusi diqqət yetirilir. Bu baxımdan, parlament diplomatiyası mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan parlamentinin milli maraqların qorunmasında, beynəlxalq müstəvidə səmərəli iş aparılmasında fəal olmasının vacibliyini diqqətə çatdırmışdı. Bu istiqamətdə çoxşaxəli fəaliyyət davam etdirilir. Xatırlatmaq yerinə düşər ki, 2021-ci il iyul ayının 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb. Şübhəsiz ki, bu, tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan amildir. Tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təkcə qanunverici hakimiyyətlər arasında münasibətlərin inkişafı baxımından müstəsna önəm daşımır, eyni zamanda, siyasi məzmuna malik olmaqla strateji işbirliyinin güclənməsinə töhfədir.
Bu gün də parlamentlərarası əməkdaşlıq çərçivəsində təmaslar uğurla davam etdirilir. Yeri gəlmişkən, Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının keçirilməsi də bu baxımdan önəmə malikdir. Çıxışlarda qeyd edildiyi kimi, Azərbaycan İƏT PA-nın fəaliyyətinin gücləndirilməsində, təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz 2021-ci ildə İƏT PA-nın nizamnaməsini ratifikasiya edib. Təşkilata sədrliyin Azərbaycana keçməsi isə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi üçün müəyyən edilmiş prioritetlərin reallaşdırılması baxımından əhəmiyyətlidir. İƏT PA-nın Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb. Baş katib Tahir Hussain Bəyannamənin imzalanması münasibətilə iştirakçıları təbrik edib.
Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib ki, “İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı çərçivəsində dost, qardaş Azərbaycanda olmaqdan şərəf duyuram”. O, “parlament diplomatiyasının regional inteqrasiya və inkişafa töhfə verəcəyinə inanırıq” ,- deyə vurğulayıb. M.Şentop birgə hərəkət etməyin vacibliyindən, Türkiyənin bu istiqamətdə çoxtərəflilik prinsipini dəstəkləməsindən bəhs edib: “İƏT-də əlaqələri güclü şəkildə inkişaf etdirmək vacibdir. Qlobal iştirakçılar regional problemlərin həlli yolunu tapmırlar. Onlar problemləri gərginləşdirəcək qərarlar qəbul edirlər. Bu müdaxilələr heç bir ölkəyə sülh gətirməyib. Bizim bunlardan dərs çıxarmağımız vacibdir”.
Reallıq budur ki, Azərbaycan ilə Türkiyə regional və beynəlxalq təhlükəsizliyə dair məsələlərdə həm əməkdaşlığın, həm də həmrəyliyin təmin olunmasına mühüm töhfə verirlər. İki ölkə, eyni zamanda, bölgədə yeni geosiyasi nizamın yaradılmasında fəal rol oynayırlar. Tərəflərin mövqeyi aparıcı və həlledicidir.
Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri parlament diplomatiyasının da uğurla həyata keçirilməsini mümkün edir. Qarşılıqlı səfərlərin həyata keçirilməsi, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi bu sahədə yeni perspektivlər yaradır. Həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni strateji üstünlüklər yaratmaqla yanaşı, parlamentlərarası əlaqələrin də effektiv olmasını şərtləndirir. Bütövlükdə, bir millətin iki dövləti sıx birlik - sarsılmaz həmrəylik nümayiş etdirir. Və bu reallıq fonunda ortaq siyasi iradə - birgə strateji fəaliyyət ölkələrimizə mühüm üstünlüklər qazandırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

