/ / Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub
Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub
31.12.2010 [10:05]
Dekabrın 30-da Bakıda Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Xəstəxananın kollektivi ilə görüşən Prezident İlham Əliyev deyib: “Bayramınız mübarək olsun. Sizi qarşıdan gələn bütün bayramlar münasibətilə ürəkdən təbrik edirəm. Bu il Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsi sahəsində çox böyük işlər görülüb, 50-yə yaxın səhiyyə müəssisəsi tikilib, ya da təmir olunub. Bu işlər Azərbaycanda geniş vüsət alıbdır və son illər ərzində bu sahədə əsaslı dönüş yaradılmışdır. Yeni il ərəfəsində artıq ikinci xəstəxanadır ki, əsaslı təmirdən sonra açılır. Bir neçə gün bundan əvvəl Cərrahiyyə Mərkəzinin açılışında iştirak etmişəm. Bu gün uşaq xəstəxanasının açılışında iştirak edirəm. çox şadam ki, bayramlar ərəfəsində biz bu gözəl işləri bir yerdə qeyd edirik. Bilirsiniz ki, bu məsələlərə Azərbaycanda böyük diqqət göstərilir. Bakıda, ölkəmizin bütün bölgələrində müasir diaqnostika, müalicə mərkəzləri, rayon xəstəxanaları, poliklinikalar tikilib və onların hamısı yüksək standartlara cavab verir. Əsas məsələ bundan ibarətdir. Şərait yaxşı olmalıdır, müasir avadanlıq olmalıdır və əlbəttə ki, xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir, xüsusilə uşaqlara. Bu xəstəxananın özəlliyi ondan ibarətdir ki, bu xəstəxana ölkə miqyasında tanınır və gözəl tarixi, çox yaxşı reputasiyası vardır və burada uşaqların sağlamlığı qorunur. Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bizim həyatımızdır. Hamımız uşaqları sevirik və istəyirik ki, uşaqlar, Azərbaycan vətəndaşları uşaqlıq illərindən sağlam olsunlar. Mən bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm, sizə yeni ildə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram”.
Sonra dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva xəstəxanada aparılmış yenidənqurma işləri ilə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də islahatlar uğurla reallaşdırılır. ötən illərdə çoxlu sayda tibb müəssisələri tikilib istifadəyə verilib, mövcud səhiyyə ocaqları ən müasir standartlara uyğun olaraq yenidən qurulub.
Cari ilin noyabr ayında 50 illik yubileyi qeyd olunan Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası da dövlətin hərtərəfli dəstəyi ilə tam müasirləşdirilib. Bu tibb ocağında ilk dəfə yüksək səviyyədə yenidənqurma işləri həyata keçirilib. Bakı şəhəri ilə yanaşı, respublikamızın bütün bölgələrindən olan uşaqların müalicə edildiyi xəstəxananın maddi-texniki bazası hazırda ən son elmi-texniki yeniliklərə cavab verir.
Xəstəxanada yenidənqurma işlərinə bu ilin aprel ayında başlanılıb və 8 ay ərzində bu tibb müəssisəsi müasir görkəm alıb. Burada fəaliyyət göstərən bir sıra şöbələr respublika əhəmiyyətlidir. İki korpusdan ibarət xəstəxanada xəstələrə 130 həkim, 350 nəfərə qədər tibb bacısı və digər tibbi heyət xidmət göstərəcək. Bildirilib ki, əsaslı şəkildə təmir edilmiş 200 çarpayılıq xəstəxananın maddi-texniki bazası da yenilənib. Burada dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən tibbi avadanlıq quraşdırılıb. Avadanlığın əksəriyyəti rəqəmsal texnologiyaya əsaslanır.
Qeyd edilib ki, xəstəxanada həkimlər, tibb bacıları və digər tibbi heyətin səmərəli fəaliyyəti, eləcə də uşaq otaqlarında uşaqların əylənmələri üçün hər cür şərait yaradılıb. Bu cür uşaq otaqları bütün mərtəbələrdə var. Palatalarda yaradılmış şərait də yüksək səviyyədədir. Bu tibb müəssisəsində ən mürəkkəb cərrahi əməliyyatların aparılması üçün dünya standartlarına cavab verən avadanlıq var. Somatik reanimasiya şöbəsi də ən müasir standartlara cavab verir. Burada xəstələrə kompleks və yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək. Xəstəxanada quraşdırılmış tibbi avadanlığın əksəriyyəti respublikamızda ilk dəfə olaraq tətbiq edilir. Burada yaradılmış şərait səhiyyə sahəsinə göstərilən böyük diqqətin əyani nümunəsidir.
Xəstəxanada aparılmış yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tibb işçilərini bir daha təbrik edib.
Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı səhiyyə ocağının tibb heyəti ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38

