/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteranın görüşü olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteranın görüşü olub
19.02.2011 [09:21]
Fransanın mədəniyyət naziri Frederik Mitteran Mehriban xanım Əliyevanı salamlayaraq deyib: “Hörmətli birinci xanım, mən sizi burada - Parisdə qəbul etməkdən olduqca şadam. Mən çox gözəl bilirəm ki, siz öz ölkənizin mədəniyyətinin təşviq olunmasında, bu baxımdan, ümumiyyətlə, bir çox tədbirlər görürsünüz və bu sahədə çox fəalsınız. Onu da etiraf etməliyəm ki, Fransada Azərbaycan haqqında bilgilər, Azərbaycanın tanınması gözəçarpan dərəcədə artır. ümumiyyətlə, qeyd etmək istəyirəm ki, televiziyada yayımlanan həm sənədli, həm də reklam xarakterli filmlər Azərbaycanın turizm imkanları, mədəni irsi haqqında geniş bilgilər verir və bu da fransızların, sözün əsl mənasında, böyük marağına səbəb olur. Görürəm ki, bu möhtəşəm tədbir çox yüksək səviyyədə təşkil olunubdur və artıq mən bunu böyük bir uğur adlandıra bilərəm. Siz bilirsiniz ki, həmçinin, mən Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin daha da dərinləşməsi, daha da artması üçün çox çalışıram və bunu səmimi qəlbdən arzulayıram. Eyni zamanda, onu qeyd etmək istəyirik ki, təşkil olunan bu cür tədbirlər, görülən işlər, atılan addımlar - bütün bunlar sadəcə öz hüdudları ilə məhdudlaşmır. Bu, o deməkdir ki, bunlar, sözün əsl mənasında, ictimai rəyə, ümumiyyətlə insanların - burada yaşayan yerli insanların təfəkkürünə, dünyagörüşünə birbaşa təsir göstərir. Bu da özlüyündə çox xoş bir haldır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, biz mədəni irs, arxeologiya, muzey işinin təşkili, musiqi sahələrində mübadilələrin təmin edilməsində çox çalışırıq. ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Mən bu əməkdaşlığın davamı olaraq istəyirəm ki, ölkənizə səfər edim, əgər siz bunu arzulayarsınızsa”.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nazirə təşəkkür edərək deyib: “çox sağ olun. Mən ilk növbədə, öz minnətdarlığımı bildirmək istəyirəm ki, cənab nazir dəvətimizi qəbul edib bu gün bizimlədir. ümumiyyətlə, sizin dəstəyiniz bizim üçün çox vacibdir. Mən tamamilə razıyam ki, insanlar, xalqlar bir-birini məhz mədəniyyət yolu ilə daha yaxşı tanıyırlar, bir-birini daha dərindən öyrənirlər və bu da ümumiyyətlə, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır. Bu, bizim ilk tədbirimizdir. Amma, ümidvaram ki, il ərzində biz bir neçə belə mədəni tədbir hazırlayıb keçirəcəyik və xüsusilə belə tədbirlərin Fransada keçirilməsinə böyük əhəmiyyət veririk. Fransa dünyanın ən qədim tarixə və mədəniyyətə məxsus olan bir dövlətidir. Mən, ümumiyyətlə, fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm və ümidvaram ki, biz çox yaxın gələcəkdə Azərbaycanda görüşəcəyik”.
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35

