Bir konfrans, iki reallıq...
24.02.2023 [09:51]
Hər kəs layiq olduğu kimi qəbul edilir
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, Vətən müharibəsində qazanılan zəfərin ardından regionda formalaşdırılan yeni siyasi reallıqlar, Avropanın enerji təminatında oynadığı əhəmiyyətli rol qlobal marağa səbəb olub. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir.
Azərbaycan ən mötəbər tədbirlərin daimi iştirakçısıdır
Müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ortaya qoyur. Əldə olunan uğurlar isə saymaqla bitməz:
- Azərbaycan mühüm bir regionda təhlükəsizliyin əsas qarantı kimi çıxış edir;
- Ölkəmiz bütün dünya üçün şəffaf və əlverişli sərmayə mühiti yaradır;
- Şərq ilə Qərb arasında iqtisadi körpü rolunda çıxış edir;
- Avropanın enerji təminatında əsaslı yer tutur;
- Öz növbəsində Şərqin yeni enerji layihələrində fəal iştirakçı qismində çıxış edir;
- Dünyanın ən mühüm iqtisadi aortasına çevirilmək perspektivi daşıyan Çinin “bir kəmər bir yol” layihəsinin ən əsas dayanacaqlarından biri statusunu qazanıb. Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticarət, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır.
Bu kimi faktlar isə Azərbaycanı diqqət mərkəzinə çıxarır. Təsadüfi deyil ki, son dövrlərdə bütün beynəlxalq statuslu tədbirlərdə Prezident İlham Əliyevin iştirakı xüsusi qeyd edilir. Azərbaycan ən mötəbər tədbirlərin daimi iştirakçısına çevrilib. Ərəb dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqının və digər beynəlxalq təsisatların rəhbərləri, aparıcı iqtisadiyyata malik olan böyük dövlətlərin rəsmi şəxsləri Prezident İlham Əliyevlə müzakirələr aparmağa can atırlar.
Davos reallığı: Azərbaycan layiqli tərəfdaş kimi qəbul olunur
Məsələn, İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumu dünya liderlərinin ən mühüm müzakirə platformalarından sayılır. Bu ilin yanvarında baş tutan 53-cü toplantı da iştirakçı dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı - Forumda dünyanın 130-dan çox ölkəsindən, ümumilikdə, 2700-dən artıq nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Bu plaftormada keçirilən hər bir görüş, müzakirəyə çıxarılan mövzular aktuallığı ilə seçilirdi. Son dövrlərdə qlobal qütbləşmənin daha da dərinləşməsinin fonunda əməkdaşlığın artırılmasına duyulan ehtiyac daha böyükdür. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Davos Forumunda Prezident İlham Əliyevin iştirakı, apardığı müzakirələr, keçirdiyi görüşlər isə xüsusi diqqət cəlb edir - ölkə Prezidentinin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi ölkəmizin mühüm bir coğrafiyada qlobal proseslərə təsirini ortaya qoydu. Eyni zamanda, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşdü. Bununla yanaşı, Azərbaycan Prezidenti Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderland dövlət və hökumət başçıları ilə də görüşlər keçirdi. Nəticə etibarı ilə, Davos Forumunda Prezident İlham Əliyevlə görüşmək arzusunda olan tərəfdaşların sayı, təmsil etdikləri coğrafiya Azərbaycanın artan siyasi çəkisinin göstəricisi kimi çıxış etməkdədir - ölkəmizə artan diqqət və maraq göz önündədir.
Münhen konfransı: Azərbaycan yeni dövr üçün regional inkişafın yol xəritəsini təqdim edir
Bu mənada Münhen təhlükəsizlik Konfransı da xüsusi əhəmiyyətə malikdir. Bu konfrans əslində bir həqiqəti yenidən üzə çıxardı - dünya üçün Azərbaycan hansı önəmi daşıyır, Ermənistan hansı marağı kəsb edir? Bu suala cavab tapmaq üçün konfransın gedişinə diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidentinin Münhendə keçirdiyi görüşlərin sayı onlarladır - konfransın işində iştirak edən böyük iqtisadi strukturların rəhbərləri, dövlət və hökumət başçıları, beynəlxalq təsisatların nümayəndələri bu siyahıda təmsil olunurlar. Azərbaycanın dövlət başçısı konfrans çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı tədbirlərdə, dəyirmi masalarda təmsil olundu - müzakirələrdə öz dəyərli fikirlərini bölüşdü. Azərbaycan Prezidenti yeni dövrün enerji sayılan bərpaolunan enerji və onun perspektivi, ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırdı. Bir sözlə, konfransın gedişində Azərbaycanın dövlət başçısı hər kəsin görüşməyə çalışdığı bir lider kimi yadda qaldı. Bu isə təbiidir. Azərbaycan yeni dövr üçün regional inkişafın yol xəritəsini təqdim etməkdədir. Ölkəmizin təşəbbüsü ilə yaranacaq əməkdaşlıq platformaları isə həm də regional həmrəyliyin mühüm təməllərinə çevriləcək, təhlükəsizliyin qarantı kimi çıxış edəcək.
İmzası hörmətə layiq olmayan Paşinyan “arxa plan”dan boylanır
Münhen Konfransının gedişində iştirak edən Ermənistanın hökumət başçısı Nikol Paşinyan isə bu dəfə də “arxa plan”dan boylanırdı. Konfransın gedişində bir əlin barmaqlarının sayı qədər görüş keçirən - onlar da fransızlarla baş tutdu - Paşinyanın durumu öz ölkəsinin durumu ilə adekvat idi. Gözükölgəli biri kimi küncdə dayanan Paşinyan üçün bu kimi toplantılarda iştirak belə ən böyük arzulardandır. Ermənistan mətbuatının belə Paşinyanın Fransa prezidenti Makronla görüşünü “ayaqüstü” adlandırması isə vəziyyətin nə yerdə olduğunu göstərir. Beləliklə, Ermənistan öz bacısından belə rəftar görürsə...
Əslində, Paşinyanın vəziyyəti elə belə də olmalı idi: bütün dünya erməni baş naziri siyasi manipulyant kimi tanıyır. İmzası bir qəpiyə dəyməyən Paşinyan özü belə imzasına hörmət qoymur - ona kimsə niyə hörmət qoymalıdır ki?
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

