Bir gecədə yer üzündən silinən şəhər
25.02.2023 [10:00]
Xocalı soyqırımından 31 il ötür
MÜBARİZ
Azərbaycan xalqı tarix boyu erməni vandalizmi ilə üzləşib. İmperialist güc mərkəzlərinin məkrli ssenariləri üzrə Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırılan və burada özlərinə dövlət quran ermənilər zaman-zaman azərbaycanlılara qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda xalqımıza qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə xalqımız dörd dəfə -1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.
Erməni vandalizminin növbəti ünvanı Xocalı oldu
Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Həmin qanlı tarixdən 31 il ötür. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Sadalanan faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları tapdalayaraq Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Həm də Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyildir. Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Ermənilər güc tətbiq etməklə öz nəzarətləri altına aldıqları ərazilərdə hər şeyi dağıdıblar, hətta evlərin dam örtüklərini, qapı-pəncərə sistemlərini, sanitar qovşaqlarını belə sökərək Ermənistana daşıyıblar.
Ümumiyyətlə, Ermənistan hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hər hansı bir uğur qazanmayıblar. Onlar xain, məkrli niyyətlərini yaşayış məntəqələrimizi, dinc əhalini atəşə tutmaqla həyata keçirməyə çalışıblar. Biz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üz-üzə qalan düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə Tərtər, Beyləqan şəhərlərini ağır artilleriyadan, qadağan olunmuş silahlardan atəşə tuturdular. Bunun nəticəsində də aralarında qocalar, uşaqlar və qadınlar da olmaqla
100-dək dinc sakin həyatını itirdi, mülki tikililərə və infrastruktura ciddi ziyan dəydi.
Xocalı faciəsinə siyasi qiymət verilməsi
Tez-tez belə bir sual verilir: Xocalı faciəsinin qarşısını almaq mümkün idimi? Sualın cavabında, ilk növbədə, onu vurğulamaq istərdik ki, Xocalı faciəsinin baş verməsində o dövrdəki Azərbaycan iqtidarının böyük məsuliyyəti var. Açıq demək lazımdır ki, həmin illərdə respublikamızda güclü hakimiyyət yox idi, həmçinin bir sıra qüvvələr iqtidara gəlmək uğrunda mübarizə aparırdılar. Belə bir vəziyyətdə 1991-ci ilin sonlarından mühasirədə qalan Xocalının müdafiəsi təşkil olunmadı, dinc sakinlər şəhərdən çıxarılmadı. Mənfur düşmən isə bundan istifadə edərək öz planlarını həyata keçirdi.
Eyni zamanda, 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət vermədi. Bu, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra mümkün oldu. Ulu Öndərin təşəbbüsü ilə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, faciəyə hüquqi-siyasi qiymət verildi, 26 Fevral - Xocalı Soyqırımı Günü elan edildi.
Şəhidlərin qanı yerdə qalmadı
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”.
Ulu Öndərin bu arzusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi. Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi.
Yeri gəlmişkən, əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edildi. Zamanında Xocalıda qətliamlar törədən, sonradan Ermənistanın müdafiə naziri vəzifəsinə yüksələn Serj Ohanyanın bu dəfə müharibənin gedişinə hər hansı bir təsir göstərmək istəyi baş tutmadı və o, canını qurtarmaq üçün Dağlıq Qarabağdan suyu süzülə-süzülə Ermənistana qayıtmaq məcburiyyətində qaldı. Bundan başqa, Xocalıda əli azərbaycanlıların qanına batmış Ermənistan parlamentinin sabiq deputatı Rüstəm Qasparyan və onun oğlu cəhənnəmə vasil oldular. Beləliklə, qisas qiyamətə qalmadı.
Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının dünyada tanıdılması
Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur. Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir. 2019-cu il fevralın 26-da faciənin növbəti ildönümü ilə bağlı Bakıda baş tutan ümumxalq yürüşünə on minlərlə insan qatıldı.
Faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Xüsusilə ulu öndər Heydər Əliyevin adını daşıyan Fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

