Bakının yardımı...
01.09.2023 [10:00]
Tereza Ananı təqlid etməyə çalışan Parisin humanitar şousu
Ağdam-Xankəndi yolunda baş verənlər
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır. Qeyd edək ki, aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Prosesə mane olmaq üçün bir sıra güclər və ermənipərəst mərkəzlər hərəkətə keçməyə çalışsa da, əsl reallıqlar dünya ictimaiyyəti tərəfindən müşahidə edilir. Belə ki, “acından öldükləri” iddia olunan Qarabağda yaşayan erməni əsilli şəxslərin üzərindən təbliğat qurmağa çalışan sülhə asi olanlar Qızıl Ayparanın bu humanitar yardım təklifini geri çevirməklə əsl məqsədlərini üzə çıxarırlar. Beləliklə, onların qurduqları oyun pozulur.
Qızıl Aypara hazırdır...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yardım karvanı ölkəmizə qarşı siyasət aparan bəzi qüvvələrin yalan təbliğatının iç üzünü açdı. Qarabağda yaşayan erməniəsilli şəxslərə göndərilən humanitar yardım bu mərkəzlərin yaymağa çalışdıqları əsassız fikirləri ifşa edir. Əgər həqiqətən də Qarabağda hər hansı bir “aclıq” məsələsi aktualdırsa, bunu Azərbaycanın həll etməsi təbiidir və haqqımızdır. Qarşıdakı dövrdə bu yardımlar daha da intensivləşə bilər. Azərbaycanın Qızıl Aypara Cəmiyyəti də bu yardımların davamlı ola biləcəyini vurğulayıb. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik. Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil: “Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələ ki işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Biz sabah da, biri gün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.
Laçın - Xankəndi yolu Ağdam- Xankəndi yolundan sonra açılacaq...
Ölkəmiz reinteqrasiya məsələsini qısa zamanda həllini tapmasını istəyir. Bu istiqamətdə aparılan təmaslar da ortadadır. Sadəcə olaraq, Qarabağda yaşayan ermənilər adından danışmaq istəyənlərin qeyri-hüquqi iddiaları, başlarından yuxarı tullanmaq “həvəsləri” Azərbaycan üçün qəbuledilməzdir. O ki qaldı, Laçın-Xankəndi yoluna, bu yol da paralel olaraq Ağdam - Xankəndi yolu ilə eyni funksionallığa malikdir. Yəni, Azərbaycanın alternativ olaraq irəli sürdüyü istiqamətlərin hər ikisi vacib xarakter daşıyır. Yeri gəlmişkən, avqustun 29-da Fransa Prezidenti Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etdiyi zəng zamanı da bu fikir dövlətimizin başçısı tərəfindən vurğulanıb. Dövlətimizin başçısı qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Bu, Azərbaycanın məsələ ilə bağlı açıq mövqeyinə və beynəlxalq rəyə əsaslanır. Xüsusi olaraq vurğulanmalıdır ki, ermənilər özləri də bu reallığı anlayırlar. Demokratik Alternativ Partiyasının sədri Suren Surenyans bildirib ki, beynəlxalq ictimaiyyətdə yekdil fikir var ki, Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları paralel olaraq açılmalıdır. “Bütün beynəlxalq aktorlar arasında yekdil fikir var ki, Ağdam yolu və Laçın dəhlizi paralel olaraq açılmalıdır. Makronla Əliyev arasında telefon danışığından, Amerikanın susqunluğundan, rus sülhməramlılarının davranışından belə təəssürat yaranıb. Bu, Qarabağ ermənilərinin müqaviməti gec-tez aciz qalacağı bir reallıqdır”, - deyə Surenyans bildirib.
Tırları “döndərin”...
Yeri gəlmişkən, “aclıq oyunu”nun həmmüəliflərindən sayılan Fransanın canfəşanlığı da göz önündədir. Parisin merinin müşayiəti ilə Ermənistana gələn “humanitar karvan” bu oyunun mühüm halqalarından sayılırdı - amma Paris meri unudur ki, hətta Ermənistan tərəfindən tanınmış Azərbaycanın suveren ərazilərinə müdaxilə beynəlxalq hüquqa ziddir. Onsuz da illərdir ki, beynəlxalq hüququ pozmağı özünün ənənəsinə çevirmiş Fransa bu dəfə də “adətinə” xilaf çıxmadı. Fransızların sözdə “humanitar karvan”ı şərti sərhədə gətirilib. İki fransız “səlahiyyətli” 10 TIR-ı İrəvandan Xankəndiyə aparmağa “çalışıb”. Teleqram kanalları onların sərhəddən buraxılmadığını yazıb. Karvan şərti sərhəd yaxınlığında bir neçə saat gözlədikdən sonra Gorus istiqamətində dönüb. Bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bəli, Fransanın hərəkətləri özünü “demokratiya carçısı” elan etmiş bir dövlət üçün üzqızardıcıdır. Paris bir ovuc erməni lobbisinə “xoş gəlmək” üçün bütün beynəlxalq konvensiyaları pozmaqda israrlı görünür. Amma unudur ki, Azərbaycanın məsələdəki mövqeyi qəti və dəyişməzdir. Hətta “karvanbaşı” Paris meri olsa belə...
Vardanyan kimdir, nəçidir?
Ağdam-Xankəndi yolu ilə Qarabağa gətirilmiş humanitar yardımın qarşısını “kəsən” ermənilərə gəldikdə isə, burada da maraqlı nüanslar var. Yayılan görüntülər və şəkillər onu deməyə əsas verir ki, rus sülhməramlılarının qarşısını “kəsmək” üçün yığılanlar sadəcə bir neçə nəfərdir və əsasən uşaqlardır. Görüntülərdən də aydın olur ki, həmin uşaqlar o ərazilərə zorla gətiriliblər və məsələnin mahiyyətini belə anlamırlar. Ruben Vardanyanın özünü siyasi gündəmə soxuşdurmaq üçün əl atdığı bu oyun qondarma rejimin və Ermənistanın iddialarını da darmadağın edir. Onlar iddia edirlər ki, Qarabağda “120 min” erməni yaşayır və bu “120 min”in hər biri “Azərbaycana düşməndir”. Amma mənzərə bunu demir - əgər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi taxıla “etiraz” edilirsə, bunu ən azından iddia olunan rəqəmlərə yaxın “kütlə” eləməlidir. Amma nə baş verir - Vardanyanın “adı ilə” 5-10 nəfərlik qrup yola tökülür və yeni şou göstərir. Yeri gəlmişkən, Vardanyanın bu məsələdəki canfəşanlığı erməni tərəfinin də diqqətindən yayınmayıb. Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komitəsinin üzvü, hakim “Vətəndaş sazişi” partiyasından deputat Andranik Koçaryan Vardanyanın kimi təmsil etdiyini anlamadığını deyib və onun fəaliyyətini anlaşılmaz adlandırıb. Koçaryanın sözlərinə görə, Vardanyan artıq çoxdandır “dövlət naziri” vəzifəsində deyil və hazırda qeyri-müəyyən statusla müxtəlif görüşlərdə iştirak edir.
Bu amil bir çox hallardan xəbər verir. Belə ki, siyasi satqınlığı, xəyanəti və “kimin gəldi adamı olmaq” xislətini özündə cəmləşdirmiş Vardanyanın bu gün kimlərin “adına” bu addımları atması maraq doğurur...
Türk çörəyini “bəyənməyən aclar”...
Bu arada Qarabağdakı ermənilərin Qızıl Ayparanın yardım karvanına münasibəti də anlaşılan deyil. Bəzi yersiz və mənasız “sloqanlar” səsləndilir ki, bunun da əsası yoxdur. Məsələn, “acından ölərik, türk çörəyi yemərik” fikri sadə erməninin fikri ola bilməz - bu, bəzi maraqlı qüvvələrin sadə erməniyə öyrətməyə çalışdğı “tezisdir”. Axı sıravi erməni illərlə türk çörəyi yeyib - işğala qədər yediyi çörək kimin çörəyi idi? Ondan əsrlərlə öncə yediyi çörək kimin çörəyi idi - o da türkün çörəyi idi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

