Son qərar Bakıda verilir!
21.10.2023 [11:41]
Görüş yerləri isə ...
Tarixən öz “aktuallığnı” itirməyən erməni məkri yeni libasda, yeni cilddə “zühur etməkdədir”. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra regionda sülh və təhlükəsizlik çağırışları səsləndirən, münasibətlərin normallaşması prosesinin uğurla nəticələndirilməsinin vacibliyini önə çəkən Azərbaycanın təşəbbüsləri Ermənistan tərəfindən manipulyasiya edilirdi. Açıq sülh gündəliyi təqdim etmiş Azərbaycan hətta yeni mərhələ üçün yeni perspektivləri də önə çəkirdi - artıq iki ilə yaxındır ki, davam edən danışıqlar prosesinin ləngidilməsinin, min bir bəhanə ilə yubadılmasının məsuliyyəti bütövlükdə Ermənistanın üzərindədir.
Antiterror tədbirlərindən sonra dialoqdan çox monoloq nümayiş etdirən Ermənistan özü üçün müəyyən “standartlar” müəyyənləşdirib - gah Azərbaycanın məqbul saymadığı və iştirak etmədiyi formatlarda “danışıqların yekunu kimi” sənəd “imzalayır”, ya da başqa-başqa tribunalardan özü üçün müəyyənləşdirdiyi “yol xəritələri” təqdim etməyə çalışır... Bu, Ermənistan siyasi rəhbərliyinin yeni “macərası” da sayıla bilər...
Paşinyanın “yol xəritəsi”...
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb. Bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib. “Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, - o deyib. Ermənistan hökumətinin başçısı hesab edir ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesini sürətləndirəcək.
Paşinyan qeyd edib ki, o, bu “yol xəritəsi”ni Şimonitə də “təqdim edib”.
Azərbaycanın izni olmadan heç bir addım atıla bilməz
Erməni baş nazirin “monoloqu” onun prosesi düzgün qiymətləndirmədiyini və ya reallıq hissini itirdiyini deməyə əsas verir. Belə ki, sülh prosesinin yol xəritəsi və ya sülhün detalları birmənalı şəkildə Bakının təqdimatı və rəyi əsasında reallaşa bilər - bu gün qapı-qapı düşərək özünə dəstək axtaran erməni baş nazir Avroparlamentin kölgəsinə sığınaraq yeni situasiya formalaşdırmaq iqtidarında və ixtiyarında deyil. Təbii ki, regionda marağı olan ölkələr, hətta Aİ belə prosesdən öz marağı üçün istifadə etməyə çalışacaq, Ermənistana nələrisə “söz” verəcək, hətta ona “dayaq durduğunu göstərmək” üçün hansısa əsassız “qətnamə”, “bəyanat” irəli sürəcək - bu istisna deyil, amma reallıq nə deyir - realıq isə bir ünvanı göstərir, Azərbaycanı.
2020-ci ildə baş vemiş Vətən müharibəsində qazanılan qələbə, antiterror tədbirləri nəticəsində yaranan situasiya istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən, suverenliyini bərpa edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycan bölgədə tənzimləyici rolu üstlənib. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt artıq dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən də etiraf olunur.
Ermənistan isə sonda onsuz da sülhə imza atacağını bilir və anlayır - çünki başqa yolu yoxdur. Amma Paşinyan və ona “qahmar çıxanlar” unutmamalıdır ki, regionla bağlı veriləcək qərarlarda, atılacaq addımlarda Azərbaycanın rəyi əsas götürüləcək. Bəli, Azərbaycanın izni olmadan heç bir addım - nə siyasi, nə də iqtisadi müstəvidə addım atıla bilməz. Bu qalib ölkənin ortaya qoyduğu qətiyyətdən irəli gəlir.
Qranada “monoloqu” və ya son qərar Bakınındır...
Etiraf edilməlidir ki, Paşinyanın bəyan etdiyi məqamlar sülh imzalanmasından çox, onun yubadılmasına xidmət edir. Məsələn, əlində “bayraq” etdiyi “yol xəritəsini” görəsən erməni baş nazir Litvada niyə “müzakirə predmeti” edir? Axı Litva ən azından heç vasitəçi kimi proseslə yaxından-uzaqdan ilgisi olmayan bir ölkədir.
Və ya Paşinyanın Qranadanı “xatırlatması”... Yuxarıda qeyd etdiyimiz kimi, son zamanlarda “monoloqa” üstünlük verən Ermənistan Fransa ilə apardığı “müzakirəni” “sülh xəritəsi”mi hesab edir? Azərbaycan hər zaman bəyan edib ki, sülh iki dövlət arasında Cənubi Qafqazın gələcək inkişafını və sabitliyi dəstəkləyən şərtlərə əsaslanaraq imzalanmalıdır. Fransa kimi “ürəkbulandıran” nəsnələr isə yalnız və yalnız prosesdə “araqarışdıran” obrazı formalaşdırır. Azərbaycan olmadan qəbul edilən “bəyanat” nəyin göstəricisidir? Və ya bu bəyanatda nələrin “yer aldığı” bizi maraqlandırırmı - əsla. Azərbaycanın iştirakı olmadan imzalanan və ya bəyan edilən kağız parçalarının hansısa siyasi yükə, çəkiyə malik olduğunu düşünənlər səhvə yol verirlər. Azərbaycanın iştirakı olmadan “qəbul edilən” hər hansı bir sənəd, orada yer alan hər hansısa bir “yol xəritəsi” yumşaq şəkildə desək, keçərsiz və dəyərsizdir. Ermənistan anlamalıdır ki, İrəvan ilə Bakı arasında münasibətlərin normallaşması prosesinin Brüssel, Moskva, Soçi, Vaşinqton və ya başqa bir şəhərdə keçirilməsi sadəcə məkan olaraq fərqlənir və yalnızca məkan anlamı daşıyır - son qərar, şərtlər, “yol xəritəsi” Bakıda müəyyənləşir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

