Sülh üçün fürsət...
15.12.2023 [10:00]
Qarşılıqlı təmas danışıqların daha da intensivləşməsinə yol aça bilər
Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu erməni əsirliyindən azad ediliblər. Qeyd edək ki, dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Azərbaycan tərəfi erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib. Proses dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əsasında baş tutub.
Humanizm dövlət siyasətimizin əsas prioritetlərindəndir
Ümumiyyətlə, humanizm Azərbaycanın dövlət siyasətinin bütün istiqamətləri üzrə prioritet ştrixlərdəndir. İstər Vətən müharibəsi günlərində, istərsə də lokal antiterror əməliyyatları zamanı Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm nümunələri ermənilər tərəfindən də etiraf olunmaqdadır. Sosial şəbəkələrdə belə Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş erməni əsirlərin onlara qarşı insani davranış nümayiş etdirilməsi haqqında açıqlamalarına rast gəlinir. Eyni zamanda, lokal antiterror tədbirlərindən sonra Azərbaycanı könüllü şəkildə tərk edərək Ermənistana köçən erməniəsilli insanların rahat və təhlükəsiz köçməsini təmin edən, onlara qarşı yüksək insani davranış nümayiş etdirən hərbi qulluqçularımızın hərəkətləri haqda hələ də müsbət fikirlər səsləndirilir. Əslində, bu kimi addımlar həm də qarşılıqlı etimadın gücləndirilməsinə, bütövlükdə, təhlükəsizliyin təmininə özünün müsbət təsirlərini göstərir.
Bəşəri dəyər olan humanizm bizim üçün ən mühüm prinsiplərdəndir - dövlətimiz hətta onilliklərlə bizə qarşı məkrli siyasəti ilə seçilənlərə, işğalçılıq ab-havası ilə yaşayanlara qarşı yalnız qanun çərçivəsində davranır. Hətta müharibə dövründə Azərbaycan əsir düşən və sonradan Ermənistana qaytarılan şəxslər və ya müəyyən cinayətlərdə günalandırılaraq saxlanılan insanlarla davranışlarda belə beynəlxalq konvensiyaların tələblərinə istinad edir.
Ermənistanda saxta ittihamlarla saxlanılan iki hərbçimizin geri alınması onların ailələrinin və yaxınlarının böyük sevincinə səbəb olub. Bu ailələr öz doğmalarına qovuşduqları üçün dövlətimizə minnətdardırlar. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun hər bir üzvünün təhlükəsizliyinin qarantı olduğunu bir daha sübut etdi. Bütün dünya Azərbaycanın öz vətəndaşlarının azadlığına, təhlükəsizliyinə necə həssas yanaşdığının növbəti dəfə şahidinə çevrildi.
Real mesaj...
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlamaçı, hərbçilərin dəyişdirilməsi faktı həm də bir reallığı ortaya çıxardı - Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Və ən əsası bu kimi reallıqlar göstərir ki, iki ölkə arasında vasitəçisiz təmaslar daha mühüm uğurlar vəd edir.
Bu fakt götərdi ki, üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistanın öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək üçün siyasi iradəyə malik olmalarıdır. Bu məqam sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların Qazaxda baş tutan görüşündə. İndiki halda isə hərbçilərin dəyişdirilməsində müşahidə olundu. Deməli vasitəçilər olmadan da tərəflər görüşə, razılığa gələ bilirlər - bu, həm də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində “vasitəçi” adı altında regionda “möhkəmlənmək” istəyən Fransa kimi ölkələr real mesajdır.
İkitərəfli təmas üçün münbit zəmin...
Bu həm də onu deməyə əsas verir ki, yaxın gələcək üçün nəticəyə hesablanan görüşlər keçiriləcəyi təqdirdə təmaslar ikitərəfli xarakter daşıyacaq. Vurğulanmalıdır ki, Azərbaycan hər zaman bu məsələni - aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac duyulmadığını hər zaman önə çəkib. Hətta sülh prosesi ilə bağlı arxada qoyulan və “itirilmiş zaman” kimi də qiymətləndirilən dövrün boşa getməsində ilkin səbəb kimi Ermənistanın qarşılıqlı dialoqdan, danışıqlardan, müzakirələrdən yayınması da göstərilə bilər. Azərbaycan isə bunun əksinə, qarşılıqlı görüşlərə hazır olduğunu dəfələrlə dilə gətirib. Hətta bu ilin noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının ilk dəfə vasitəçisiz iclasından öncə Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməklə bağlı çağırış ünvanlamışdı. Azərbaycan XİN iki ölkənin gələcək münasibətləri barədə qərarı birlikdə verməli olduğuna inamını ifadə etmişdi. Çağırışda qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkənin məsuliyyət daşıdığı əks olunurdu. İki ölkənin birgə açıqlaması isə proseslərin uğurlu nəticəyə istiqamət alacağı və müzakirələrin ikitərəfli müstəvidə inkişaf etdiriləcəyi ilə bağlı mühüm ümidlər formalaşdırır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09

