Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bolqarıstan Konstitusiya Məhkəməsinin sədrini qəbul edib

Prezident İlham Əliyev Bolqarıstan Konstitusiya Məhkəməsinin sədrini qəbul edib

03.07.2012 [22:03]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançevi qəbul edib.
İki il bundan əvvəl ölkəmizə səfər etdiyini xatırlayan Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. Yevgeni Tançev Azərbaycanda keçirilən “Evrovision” mahnı müsabiqəsinin və Krans Montana Forumunun beynəlxalq əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı ölkəmizin əldə etdiyi nailiyyətləri dünyaya göstərmək üçün bu cür beynəlxalq müsabiqə və forumların önəmini qeyd edib, gələcəkdə belə beynəlxalq tədbirlərin mütəmadi olaraq keçiriləcəyini deyib.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən Konstitusiya məhkəmələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31