Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

24.03.2025 [22:41]

Belarusla oyunda heyətdə dəyişiklik edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusla keçiriləcək yoldaşlıq görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Sabahkı matçda bir neçə oyunçunun şans qazana biləcəyini söyləyən baş məşqçisi əlavə edib: "Səbuhi Abdullazadə də onlardan biridir. Nəzərə almaq lazımdır ki, iki dəfə dalbadal oynamaq heç də asan deyil. Buna görə də heyətdə dəyişiklik etmək qərarına gəldik. Bəzi futbolçulara istirahət verəcəyik. Qapıda kimin dayanacağına isə məşqdən sonra qərar verəcəyik".

Azərbaycan millisində çatışmazlıqlardan bəhs edən portuqaliyalı mütəxəssis deyib: "Hücumda bəzi problemlər var. Müdafiə baxımından da çatışmazlıq gözlə görüləndir. Əgər yüksək nəticə əldə etmək istəyiriksə, daha aqressiv oynamalıyıq. Qələbəyə inanmalı və qol imkanlarından maksimum dərəcədə istifadə etməliyik".

Qeyd edək ki, martın 25-də Masazırda yerləşən “Bank Respublika Arena”da təşkil olunacaq Azərbaycan-Belarus qarşılaşması saat 21:45-də başlayacaq.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31