İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olacaq
18.11.2014 [09:43]
İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olacaq. Gənclər və idman naziri Azad Rəhimov təqdimat mərasimində iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İstanbulun “Çırağan” sarayında keçiriləcək təqdimatda “Bakı-2015” Avropa Oyunlarına hazırlıq haqda film nümayiş olunacaq. Yarışlarda Avropanın 49 ölkəsindən 6 mindən çox idmançının 20 növ üzrə mübarizə aparacağı haqda məlumat veriləcək.
Həmçinin Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş Olimpiya kəndinin hazırlığı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar mərasim iştirakçılarının diqqətinə çatdırılacaq.
A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bir il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində gerçəkləşəcək Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını və idmanın bir neçə növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını bildirəcək. Nazir, eyni zamanda, Bakının müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etməsindən, Azərbaycanın 23 illik müstəqilliyi dövründə 200-dən artıq idmançı ilə təmsil olunduğu Yay və Qış Olimpiya oyunlarında qazandığı nailiyyətlərdən danışacaq. Nazir Azərbaycan yığmasının bugünədək iştirak etdiyi olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minə yaxın medal qazandığı haqda qonaqlara məlumat verəcək.
Gənclər və idman naziri çıxışında bu ilin iyununda Bakıda bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edəcək. Eləcə də növbəti - 2016-cı ildə ölkəmizdə “Formula 1” üzrə Qran-pri və Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının təşkil ediləcəyi barədə məlumatları da iştirakçıların diqqətinə çatdıracaq.
Xəbər lenti
Hamısına baxElm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21

