“Bakı-2015”: Cəlilabadda möhtəşəm Alov festivalı
05.05.2015 [10:29]
Birinci Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvar rayonundan Cəlilabada istiqamət götürüb. Məşəl Bakıdan 210 kilometr məsafədə yerləşən Cəlilabada günün ikinci yarısında çatıb.
AZƏRTAC xəbər verir ki, Cəlilabad şəhərinin Qala qapısında Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub.
Boks üzrə yeniyetmələr arasında dünya ikincisi İsmayıl Hüseynov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra estafeti 10 cəlilabadlı davam etdirib. Dörd kilometr məsafə qət edən idmançılar rayon sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev prospektindən keçərək məşəli Heydər Əliyev Seyrəngahına gətiriblər. Futbol üzrə rayon yığma komandasının üzvü Elçin Hüseynov burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırıb. Tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonunadək “Bakı-2015”-in rəmzi kimi rayonda saxlanılacaq.
Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında möhtəşəm Alov festivalı keçirilib. Festivalı maraqla izləyən sakinlər bununla bağlı təəssüratlarını paylaşıblar, idmançılarımıza uğurlar arzulayıblar. Onlara birinci Avropa Oyunları haqqında ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəl estafetinin iştirakçısı, məşqçi Ceyhun Ağamalıyev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəl estafetinin bütün bölgələrimizdən keçəcəyini eşidəndə çox sevindim. Çünki bu, Azərbaycanın tərənnümüdür, böyük başlanğıcda ölkəmizin bütün bölgələrinin iştirakı, Oyunlarda onların da töhfəsinin olması deməkdir. “Bakı-2015” ölkəmizdə idmanın tam yeni müstəvidə inkişafına təkan verəcək və məşəl yürüşünün də bu işdə özünəməxsus rolu olacaq. Çünki o, böyük şövqlə qarşılanır. Nə gizlədim, məşəl estafetinə dəvət edilməyim mənim üçün gözlənilməz olmadı. Çünki bu günədək gördüyüm işə, çəkdiyim zəhmətə daim yüksək qiymət veriblər. Amma bu yürüşün, estafetin iştirakçısı olmaq, həqiqətən, tam fərqli hisslər doğurur. Buna görə çox xoşbəxtəm. Oyunlar zamanı idmançılarımıza yetərincə dəstək verəcəyik. Yarışları tribunalarda yetirmələrimlə izləyəcəyəm ki, bu ab-havanı, böyük yarış hissini indidən mənimsəsinlər”.
Rayon gənclər və idman idarəsinin rəisi Ramin Nuriyev Alov festivalının əsl idman bayramı olduğunu bildirərək deyib: “İlk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir və hər birimizdə qürur doğurur. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar Azərbaycanı idman ölkəsi kimi tanıdıb. İnanıram ki, idmançılarımız bizi birinci Avropa Oyunlarında da yeni qələbələrlə sevindirəcəklər”.
Şagirdləri ilə yürüş iştirakçılarını qarşılamağa gələn Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbinin müəllimi Vüsalə Babayeva isə sevincini bu sözlərlə ifadə edib: “Biz tarixi bir hadisənin iştirakçılarıyıq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır. Hamımız sevinirik. Bizə bu sevinci bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Beləcə, sayca üçüncü Alov festivalı da “Bakı-2015”-in daha bir unudulmaz xatirəsinə çevrilib. Mayın 4-də məşəl karvanı Salyan və Neftçalaya yollanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

