Birinci Avropa Oyunlarının məşəl estafeti Naftalanda böyük izdihamla qarşılanıb
15.05.2015 [10:00]
Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Goranboydan sonra kurortlar şəhəri Naftalana gətirilib. Özünün müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin sakinləri yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl estafetini böyük coşqu ilə qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, Naftalan şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural Məmmədov Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Dörd kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar şəhər sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev parkına gəliblər.
Naftalan uşaq gənclər idman məktəbinin məşqçi-müəllimi Fuad Əliyev burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırıb. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Naftalanda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan şəhər sakinlərinin bir neçəsi ürək sözlərini AZƏRTAC-la bölüşüb. Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova: “Birinci Avropa Oyunlarının məşəl yürüşünü üzlədiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu tarixi hadisə ilə bir daha dünyaya göstərdik ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, ən inkişaf etmiş ölkələrin belə öhdəsindən gələ bilməyəcəyi işi uğurla həyata keçirir. Ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda, idman sahəsində də yeni-yeni uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun məntiqi nəticəsidir”.
Səməd Vurğun adına 2 nömrəli orta məktəbin müəllimi Aygün Əliyeva isə deyib: “Belə mötəbər bir yarışa Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Bildiyimiz kimi, bu cür beynəlxalq və məsuliyyətli yarışlara ev sahibliyi etmək heç də hər ölkəyə qismət olmur. Burada ölkənin iqtisadi inkişafı, idman sahəsində qazandığı nailiyyətlər, infrastruktur və digər bu kimi amillər önəmli rol oynayır. Bütün bunlar isə Azərbaycanın timsalında daha aydın görünür. Buna görə də belə mötəbər idman tədbirinə ev sahibliyi etmək ölkəmizin haqqıdır”.
Birinci Avropa Oyunlarının həm də ölkəmizin dünyada təbliğində mühüm rol oynayacağını söyləyən Naftalan şəhər xəstəxanasının həkimi İlhamə Hüseynova bildirib ki, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ildən-ilə artır: “Söz yox ki, respublikamızın ev sahibliyi etdiyi bu Oyunlar da uğurla başa çatacaq. Bu tədbir təkcə idmançılarımızın qələbəsi ilə deyil, eyni zamanda, Azərbaycanda idmanın daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16

